Onlar İsrail-Fələstin danışıqlarının bərpası çərçivəsində azad olunub.İsrail ümumilikdə 4 mərhələdə 104 fələstinli məhbusun azad ediləcəyini vəd edib. Bu gün Qüdsdə İsrail-Fələstin danışıqlarının ikinci mərhələsi keçirilir. Danışıqların birinci mərhələsi iyulun 30-da Vaşinqtonda keçirilib. İsrailin işxal elədiyi Fələstin ərazilərində tikinti işlərini davam etdirməsinə görə, danışıqlar 2010-cu ildən dayandırılmışdı. İsrail ötən bazar yenidən həmin ərazilərdə yəhudi qəsəbələrinin tikintisinin davam etdiriləcəyini bəyan edib. (azadliqradiosu)