ITV-nin başı kadr məsələlərinə qarışıb, seçki yaddan çıxıb
Ölkənin siyasi həyatında ciddi hadisələr yaşanır. Ayın 18-də mitinq olacağı deyilir. Sosial şəbəkələr, onlayn media bu hadisələrin mərkəzindədir. Ümumrespublika yayımçıları olan telekanallara baxanda heç belə deməzsən. MSK-nın seçiciləri seçki siyahılarında adlarını tapmağa səsləyən çarxlarını, MSK-nın yığıncaqlarından hazırlanmış adda-budda süjetləri çıxsaq, ekranda prezident seçkisi adına sanballı bir şey yoxdur.
Seçki hazırlıqları başlasa da, bu mövzuda analitik proqramlar, tok-şoular gözə dəymir.ÿ”Xalaq tələb edir” kimi verilişlər gözə dəymir. Kimsə hakim partiyanın namizədi, hazırkı prezidentin on illik fəaliyyəti dövründə yaşanan problemlərlə bağlı kiçicik tənqidi fikir söyləməyə belə cürət etmir. Heç kim bu fikri söyləməyə cürəti çatanları efirə yaxın buraxmır. Bura Isveç, Almaniya deyil ha, tənqidə imkan, şərait ola. Azərbaycan televiziyalarına baxan deyər: bu məmləkətdə adına problem deyilən “dərəbəylik”, ölkədə hakimiyyətdən savayı tərəf yoxdur. Olanlar da tərəf ola bilməz.ÿAra-sıra hansısa telekanal Milli Şuranın fəaliyyəti barədə özəyində neytrallıq və ya dəstək olmayan süjet (adını, əlbəttə, hamı bilir deyə yazmıram) göstərir. Bir ayrıları (o telekanalları da hamı tanıyır) Milli Şuranı, şuranın vahid namizədi Rüstəm Ibrahimbəyovu, demokratik düşərgəni gözdən salmağa yönələn süjetlər, şərhlər hazırlayır. Beş nəfərlik partiyaların rəhbərləri ekspert rolunda çıxış edir. “Sitatın sonu” ölməyib,ÿtezliklə “Kuklalar” da dirilə bilər. AzTV-nin, Spacenin, ATV-nin, Xəzərin “Araz aşığındandır, Kür topuğundan”. Yerdə qalır ITV.
MSK ödənişsiz seçki təbliğatı aparmağı ÿIctimai televiziyaya həvalə edib. Təbliğata hələ var. Amma bu o demək deyil ki,ÿIctimai televiziya ölkə həyatından qıraqda qalsın. Doğrudur, telekanal seçki söhbəti açmadan respublikamızın müxtəlif rayonlarından canlı yayımla konsertləri həvəslə göstərir və bu konsertlərdə indiki hakimiyyət təbliğ olunur, hakimiyyətin şəkil, bayraq kimi atributları yerli-yersiz gözə çarpdırılır, amma bunun təbliğat məqsədilə edildiyini kimsə boynuna almaz. Regionlarda DSK və MSK-larda təlimlərə gündəlik efirində yer ayıran televiziya həmin regionun bircə sakininin dərdini ümumiləşdirib ictimailəşdirmir. Tez-tez Gürcüstanda yaşayan soydaşlarımızdan, Azərbaycan hökumətinin Gürcüstandakı işlərindən xəbərlər çatdıran ITV Milli Şuranın Gürcüstan konfransından ÿşifahi ÿməlumat ÿbelə yaymadı. Televiziyada sanki Milli Şuranın, Rüstəm Ibrahimbəyovun adını çəkməyə qadağa qoyulub. Ictimai televiziya MSK-dan savayı mənbə tanımır. “Xalq seçir” adlı veriliş sırf maarifləndirmə xarakteri daşıyır. Əslində bu adda verilişdən məhz xalqın səsi gəlməli və ona xalqın güvəndiyi, sözünə inandığı birÿkəs (onun jurnalist olmağı vacib deyil)ÿaparıcılıq etməlidir. Seçki mövzusunu iqtisadiyyat verilişinin aparıcısına tapşırmaq səriştəsizlikdən xəbər verir. Görünür, telekanal ciddi aparıcı problemi yaşayır.ÿVə burda aparıcılara potensialına görə iş tapşırılmır. Aparıcı problemi yaşanır dedik, yaxın günlərin hadisələri yada düşdü. Niyə də yaşamasın. Son zamanlar televiziyadan bir xeyli təcrübəli kadrlar uzaqlaşdırılıb. Məsələn, çox yaxşı olardı ki, Ictimai televiziya seçki ilə bağlı yaratmalı olub yaratmadığı tok-şounu mənasız səbəblərlə işdən uzaqlaşdırdığı Cəsarət Valehova tapşıraydı.ÿDepartament rəhbəri Cəsarət Valehov ITV efirində bütün tələblərə cavab verən bəlkə də birinci və tək aparıcı idi. Amma ITV direktoru onu müavini Ruhəngiz Mehmanqızına icazə verdiyinə görə işdən çıxardı.ÿÇox heyf ki, insanlara bacarıqlarına görə deyil, münasibətlərə görə yanaşılır. ÇünkiÿRuhəngiz xanım da ITV-nin bəyənilən aparıcılarından idi. Direktorun öz müavininə icazə verməsinə görə cəzalandırılıb işdən çıxarılması dünyanın heç yerində yoxdur. Bunun üçün daha yüngül cəzalar, tənbeh formaları var. Icazəyə görə cəza tətbiq edən Cəmil Quliyev şənbə, bazar günləri, işdən sonra qalıb çalışan, vəzifəsini vicdanla yerinə yetirən əməkdaşlarına dəyər verməliydi.ÿBir də nə məsələdirsə, işdən çıxarılanların beşindən üçü gürcüstanlı olur. Faiqÿ Güləhmədov, Mahir Hüseynov,ÿ Ruhəngiz ÿMehmanqızı bu üzdən cəzalanıblar. Ismayıl Ömərov gürcüstanlıları başına yığmışdı, Cəmil Quliyev onları bir-bir yola salır.ÿƏslində kadrlara peşəkarlığına görə dəyər verilməlidi; onda da, indi də, gələcəkdə də.ÿKimin əlinin kimin cibindən çıxması burda o qədər də önəmli deyil. Televiziyalararası rəqabətə güclü komanda ilə tab gətirmək olar. Belə davam etsə, ITV obyektiv reytinq sıralamasına görə sona qalacaq.
Televiziyanın siyasətini rəhbərlik müəyyənləşdirir, bu siyasəti peşəkarlar həyata keçirir. Peşəkarlar isə ÿITV-də ÿyavaş-yavaş işdən çıxarılır. Son aylar kadrlar ÿidarəsinin rəisi Mansur Bayramovun səyi ilə ona yaxın əməkdaşdan könüllü olaraq ÿişdənçıxma ərizəsi alınıb. Iş o yerə çatıb ki, ITV əməkdaşları kütləvi şəkildə özlərinə yeni iş yeri axtarırlar. Axtarmayıb neyləməlidirlər ki, onsuz da tezliklə çoxlarının işdən uzaqlaşdırılacağı barədə proqnozlar səslənir. Televiziya əməkdaşları iki yerə bölünüb: köhnələr və təzələr. Yeddi il qabaq AzTV-də olduğu kimi. Orda təzələr köhnələrə qalib gəldi. ITV-də də belə savaşÿbaşlayıb. Işdənçıxarılma təhlükəsi ilə bağlı siyahı olduğu bildirilir. Deyilənə görə, sırada rəhbər vəzifədə çalışanlar Çingiz Aslanov, Tahir Məmmədov, Anar Yusifoğlu, Ilham Sərxanlı, Səidə Ibrahimli, Qərənfil Xəlilovadır. ÿAldığımız məlumata görə, sentyabr ayı onların ITV-də sonuncu fəaliyyət zamanı ola bilər. Bəlkə də bu üzdən departament rəhbərlərinə sentyabr ayının 1-də işdə olmaq göstərişi verilib. Ona görə də bir aylıq məzuniyyət haqqı olanlar ancaq bununÿ15 günündən yararlana bilirlər.ÿƏmək hüquqlarının pozulması isə kimsəni narahat etmir və kimsə bunun üçün məsuliyyət daşıya biləcəyini ağlına belə gətirmir. ITV-nin həmkarlar təşkilatının sədri ÿAzad Məmmədov işçilərin qanunsuz işdən çıxarılması və əmək hüquqlarının pozulmasına etiraz edənlərdən olub. Sonda o da öz ərizəsi ilə işdən çıxıb.ÿITV-yə daha bir köhnə kadr gətirilib. AXC hakimiyyətindən başlayıb sonradan hakimiyyətin mediasında yer alan Akif Cabbarov indi də ITV-də mətbuatda gedən tənqidi yazılara təkzib yazmaqla məşğuldur. Zaman, məkan bu sayaq insanlara həmişə gördüyü işi görməyə mane ola bilmir.
Yazı üzrəində işləyərkən Nazim Mürsəlovun Ictimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktor müavini, Abbas Rüstəmovun Ictimai Radionun proqram direktoru (o da AzTV-dən gətirilib), Sənan Orucovun Reklam və marketinq departamentinin, Zaur Mahmudovun isə Gənclər, elm və təhsil verilişləri departamentinin direktoru təyin olunduğu barədə məlumat aldıq. Saytlarda yer alan məlumatın başlığı bizim fikirlərimizlə üst-üstə düşür. Başlıqsa belədir: Cəmil Quliyev ITV-də öz kadrlarını təyin etdi.ÿ
Aydın


