Rusiyalı senator avtoqəzada öldü

Rusiya parlamentinin yuxarı palatası olan Federasiya Şurasında Kabardin-Balkar Respublikasını təmsil edən Albert Kajarov avqustun 14-də avtomobil qəzasına düşərək sürücüsü ilə birgə həlak olub. Hadisə səhər saat 6-ya işləmiş Qafqaz federal şosesində baş verib. Senatorun getdiyi “Volqa” maşını “Lada Priora” avtomobili ilə toqquşub.    

48 yaşlı Albert Kajarov Moskva Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdi, siyasi elmlər namizədi idi. Kabardin-Balkar Respublikası Prezidenti Administrasiyasının rəhbəri olub. 2009-cu ildən Federasiya Şurasının üzvü idi.