Körpə şirin pəncəsindən son anda xilas edildi (video)

Çinin Uxan şəhər zooparkının işçiləri şirin hücum etdiyi balaca körpəni son anda xilas ediblər.

Balaca qız şir olan qəfəsə həddindən artıq yaxınlaşıb, bu isə şiri özündən çıxarıb. Şahidlərin sözlərinə görə, qəfildən körpənin ürəkparçalayan səsi eşidilib. Hadisə yerinə kömək üçün gələnlər şirin ona yaxınlaşan uşağa hücum etdiyini görüblər. Zooparkın işçiləri uşağı şirin əlindən xilas ediblər. Taxtalarla silahlanmış 5 kişi şirin diqqətini uşaqdan yayındırmaq üçün hərəkətə keçiblər, yalnız ikinci cəhddə uşağı şirin pəncəsindən xilas etmək mümkün olub. Ciddi xəsarətlər almış balaca dərhal yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Tibb işçiləri körpənin ağır yaralandığını bildiriblər, ancaq həkimlə indi uşağın vəziyyətinin yaxşı olduğunu bildirirlər. Uxan şəhər rəhbərliyi hadisənin araşdırmaq üçün hərəkətə keçib.