Günün ulduz falı (15.08.2013)

QOÇ

Günün birinci yarısı uğurlu olacaq. Bu zaman kəsiyi sərbəst çalışmaq üçün yetərlidir. Hamı ilə – tərəfdaşlar, kolleqalarla yaxşı dil tapacaqsınız. Bir sözlə, vaxtınızı boş yerə sərf etməyəcəksiniz. Ehtimal ki, səmərəli sövdələşmə imzalayacaqsınız.

BUĞA

Ehtimal ki, professional problemləriniz olacaq. Rəhbərliklə aranızda ciddi fikir ayrılığı da istisna deyil. Şəxsi müstəvidə isə vəziyyət daha ürəkaçan olacaq.

ƏKIZLƏR

Xoş gündür. Hər dəqiqənin qədrini biləcəksiniz. Bunun sayəsində də maraqlarınız üst-üstə düşən həmfikirlər tapacaqsınız. Qısa səfərlər uğurlu olacaq. Ailədə fikir ayrılığı yaşanacaq.

XƏRƏNG

Qeyri-standart üsullara əl ataraq ideyalarınızı reallaşdıracaqsınız. Maraqlı şəxslərlə tanışlıq gözlənilir. Romantik macəranın başlanacağı da istisna deyil. Təhsil üçün də əlverişli gündür.

ŞIR

Ətrafdakılar sizin uğurlarınıza həsəd aparacaqlar. Elə bir informasiya alacaqsınız ki, onun sayəsində qarşınızda yeni perspektivlər açılacaq. Bu gün romantik görüş üçün münasib deyil.

QIZ

Günün birinci yarısında ehtiyatlı olun. Bu gün zədə almaq təhlükəsi var. Bu səbəbdən də iti, kəsici alətlərlə işləməyin. Qabaqcadan qurduğunuz planlar pozulacaq, günün ikinci yarısında qəfil yola düşməli olacaqsınız. 

TƏRƏZI

Günün emosional mənzərəsi yaxşı olmayacaq. Mənasız təlaşlanmaqdan yaxa qurtara bilməyəcəksiniz. Müttəfiqlərlə, rəhbərliklə dil tapmaq asan olmayacaq. Bu gün alacağınız hər məlumatı dəqiqləşdirin.

ƏQRƏB

Imkanlarınızı düzgün qiymətləndirin. Bu gün ağlınıza gələn ideyaların heç də hamısını reallaşdıra bilməyəcəksiniz. Işdə diqqəti toplamaq asan olmayacaq. Günün ikinci yarısı xoş görüşlə sizi sevindirəcək.

OXATAN

Şərikli işdə müttəfiqlərlə dil tapmaq çətin olacaq. Rəhbərlik sizin seçdiyiniz üsulu bəyənməyəcək və sizi tənbeh edəcək. Bu səbəbdən bürcün bəzi nümayəndələri yeni iş yeri axtarışına başlayacaq. Ancaq yaxşı təklif alan olmayacaq.

OĞLAQ

Işgüzar danışıqlar üçün münasib gün deyil. Günorta vaxtı əsəbləriniz tamamilə gəriləcək. Bu üzdən nəinki iş yoldaşları ilə, həmçinin yaxınlarınızla da dalaşmaq təhlükəsi var. Günün müsbət tərəfi odur ki, sərbəst işləsəniz problem olmayacaq.

DOLÇA

Gün problem və çətinliklərdən xali deyil. Rəhbərliklə ünsiyyətdə də çətinliklər yaşanacaq. Çünki siz fikrinizi kəskin və birbaşa deməklə başınıza iş açacaqsınız. Ədəbi yaradıcılıqla məşğul olanlar üçün əlverişli gündür.

BALIQLAR

Işdə məhəbbət macərası, bir sözlə, işdə hər hansı qeyri-rəsmi münasibət qurulması üçün münasib gün deyil. Şəxsi müstəvidəki problemlərin öhdəsindən gələcəksiniz. Ehtimal ki, gəliriniz olacaq. Gün böyük mələğli məişət texnikasının alışı üçün münasibdir.