Azərbaycan milli komandası bu gün növbəti yoxlama oyununa çıxıb. Berti Foqtsun komandası Malta yığması ilə qarşılaşıb. Bu qarşılaşma komandalar arasında dördüncü duel olub. Belə ki, millimiz indiyədək Malta seçməsi ilə üç dəfə qarşılaşıb və hər üç oyunda məğlub olub. Bu dəfə isə millimiz uğursuzluğa son qoyaraq Malta qarşısında ilk qələbəsini qazanıb – 3:0. Qeyd edək ki, cari ildə yığma komandamız üç yoxlama oyunu keçirib. Özbəkistanla qolsuz bərabərə qalan millimiz Lixtenişteynə 1:0 hesabı ilə qalib gəlib. Qətərlə isə 1:1 hesablı nəticə qeydə alınıb. (qol.az)