VHP-də yeni təyinatlar

VHP-də yeni vəzifə təyinatları olub. Partiya sədri Sabir Rüstəmxanlının sərəncamı ilə VHP-nin Mərkəzi İcra Aparatı yaradılıb və Samir Əsədli Aparatın rəhbəri təyin olunub. 

Bundan başqa, VHP sədri özünə yeni müavin və müşavirlər də təyin edib. Arif İsmayılbəyli ictimai-siyasi məsələlər üzrə müavin, Talıb Əhədli bələdiyyələrlə iş üzrə müşavir, Telman Sadıqlı iqtisadi məsələlər üzrə müşavir, Real Cəfərli isə Diasporla İş Şöbəsinin müdiri təyin olunublar.

Bundan əvvəl Samir Əsədli Təşkilat Şöbəsinin müdiri, Arif İsmayılbəyli beynəlxalq əlaqlər şöbəsinin müdiri vəzifələrində çalışıblar, Real Cəfərli Təşkilat Şöbəsinin əməkdaşı olub, Talıb Əhədli və Telman Sadıqlı isə Ali Məclisin üzvləridir.