Sincanda iki uyğura ölüm cəzası kəsilib

Çinin regionunda 21 adamın ölümündə nəticələnən iğtişaşa görə iki kişiyə ölüm cəzası kəsilib, daha üç nəfər isə həbs olunub. Aprelin 23-də baş verən hadisəyə görə ölənlərin arasında 15 rəsmi və təhlükəsizlik işçisi də olub. Çin hadisəni “zorakı terrorçu dəstə” tərəfindən planlaşdırılmış hücum adlandırsa da, digər təsvirlər qarşıdurmanı regionadkı etnik gərginliklə izah edir. Sincanda əhalinin 45 faizini müsəlman uyğurlar təşkil edir. Onlar deyirlər ki, Han çinliləri onların ənənəvi mədəniyyətlərini təcrid edib. Hakimiyyət orqanları Sincanda baş verən zorakılıqda tez-tez regionun muxtarlığını istəyən uyğur ekstremistləri ittiham edir. Eyni zamanda uyğur fəallar deyirlər ki, Pekin sərt davranışına haqq qazandırmaq üçün təhlükəni şişirdir. Sincandan gələn məlumatları təsdiqləmək çətindir. Xarici jurnalistlər regiona gedə bilsələr də, münaqişələr haqqında məlumatları dəqiqləşdirmək istəyəndə hədələrlə üzləşirlər.