Rəşadət Axundovun vəsatəti təmin olunmadı

Avqustun 13-də Nəsimi Rayon Məhkəməsində “Nida” Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü Rəşadət Axundovun həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması haqda vəsatətə baxılıb. “Media forum” saytının məlumatına görə, məhkəmə vəsatəti təmin etməyib.

Martın 30-da Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi Rəşadət Axundova qanunsuz olaraq partlayıcı maddələr əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə maddəsi ilə ittiham irəli sürüb, Nəsimi Rayon Məhkəməsi isə onun barəsində qətimkan tədbiri seçib.