Qahirədə toqquşmalar başlayıb

Qahirədə devrilmiş Misir prezidenti Məhəmməd Mursinin tərəfdarları və hərbçiləri dəstəkləyən fəallar arasında toqquşmalar başlayıb. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə “Daily Star” Livan qəzetinin internet portalı məlumat yayıb. Fəallar DİN-in binasına doğru yürüş edən Mursi tərəfdarlarını daşqalaq edib. İslamçılar, buna cavab olaraq, fəallara daş və şüşə qablar atıb. “Daily Star”ın verdiyi xəbərə görə, polis iğtişaşların qarşısını almaq üçün gözyaşardıcı qazdan istifadə edib.