Putin-Əliyev görüşünün detalları (FOTO)

Bakı ilə Kreml nələrdə razılaşdı? 

Rusiya prezidenti Vladimir Putin dünən Azərbaycana səfər edib. Hava Limanında onu Azərbaycan baş nazirinin birinci müavini, Azərbaycan-Rusiya hökumətlərarası iqtisadi komissiyanın həmsədri Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar. Rusiya prezidentini xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, enerji naziri Aleksandr Novak, fövqəladə hallar naziri Vladimir Puçkov, nəqliyyat naziri Maksim Sokolov, iqtisadi inkişaf naziri Aleksey Ulyukayev, “Rosoboroneksport”un baş direktoru Anatoli Isaykin, Rusiyanın Xəzər dənizi üzrə çoxtərəfli danışıqlardakı nümayəndə heyətinin rəhbəri Iqor Bratçikov, “Rosneft” və “Lukoyl”un rəhbərləri Iqor Seçin və Vahid Ələkbərov müşayiət ediblər. 

Bakı ilə Moskvanın mövqeyi üst-üstə düşür”

Səfər zamanı V.Putin Azərbaycan prezidenti Ilham Əliyevlə görüşüb. Görüşdə I.Əliyev bildirib ki, Putinin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərə əlavə impuls verəcək: “Münasibətlər uõurla inkişaf edir. Əminəm ki, bu səfərdən sonra münasibətlərin inkişafında pozitiv dinamika davam edəcək”. I.Əliyev bütün əsas məsələlər üzrə rəsmi Bakının və Moskvanın mövqeyinin üst-üstə düşdüyünü bildirib: “Bizim əlaqələrin gündəliyi genişdir, əməkdaşlıq çoxplanlı, hərtərəflidir və praktik olaraq bütün sahələri əhatə edir: iqtisadi əməkdaşlıq, humanitar sahə, nəqliyyat, regional təhlükəsizlik məsələləri. Bütün məsələlər üzrə mövqelərimiz çox oxşardır”.

I.Əliyev onu da bildirib ki, hazırda Rusiya və Azərbaycan arasında hərbi-texniki əməkdaşlıõın həcmi 4 milyard dollar təşkil edir. O, bu əməkdaşlıõın aktiv şəkildə davam edəcəyinə əminliyini ifadə edib: “Azərbaycan artıq dünyada haqlı olaraq ən yaxşılardan sayılan Rusiya texnikasının alıcısı olan aparıcı ölkələr sırasındadır”. ÿ

Putinlə keçirdiyi birgə mətbuat konfransında isə I.Əliyev Daõlıq Qarabaõ münaqişəsinin nizamlanması prosesində durõunluq yaranmasından və beynəlxalq təşkilatların konfliktin həlli ilə baõlı qətnamələrinin yerinə yetirilməməsindən təəssüfləndiyini bəyan edib.

O bildirib ki, Azərbaycan torpaqlarının işõalı 20 ildən artıqdır davam edir və işõal olunmuş ərazilərdə daõıdılması mümkün olan hər şey daõıdılıb: “BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamədə işõalçı Ermənistan silahlı qüvvələrinin torpaqlarımızdan çıxarılması tələb olunub. Lakin bu qətnamələr hələ də kaõız üzərində qalır. Bu münaqişənin tezliklə həlli regionda sabitliyə və əməkdaşlıõa gətirib çıxaracaq”.

Azərbaycan prezidenti ATƏT-in Minsk Qrupunun sədri kimi Rusiyanın nizamlama prosesində mühüm rol oynadıõını vurõulayıb”.

“Görəcəyimiz iş böyük, maraqlı və çox sərfəli olacaq”

V.Putin öz növbəsində humanitar sahənin inkişafına yönəlmiş təşəbbüslərə toxunub: “Bilirəm ki, burada sizin şəxsi təşəbbüsləriniz də var. Biz o təşəbbüsləri müzakirə edəcəyik. Əminəm ki, görüşümüz münasibətləri inkişaf etdirməyə kömək edəcək. Mənimlə birgə böyük komanda, əməkdaşlıõın əsas sahələri üzrə nazirlər gəlib. Ona görə də görəcəyimiz iş məzmunlu, böyük, maraqlı və çox sərfəli olacaq”.ÿV.Putin bildirib ki, dünya iqtisadiyyatındakı ümumi mürəkkəb vəziyyətə baxmayaraq, iki ölkə arasında münasibətlər kifayət qədər uõurla inkişaf edir: “Ötən il qarşılıqlı ticarət dövriyyəsinin inkişafı 47 faiz təşkil edib, bu, bizim üçün rekordlardan biridir. Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi rekord templə inkişaf edir”. O qeyd edib ki, Rusiya Azərbaycanla ticari-iqtisadi əlaqələrdə lider ölkələrdən biridir: “Bu sahədə ikinciyik, ticarət dövriyyəsi artır. Ən xoşagələn də odur ki, ticarət dövriyyəsinin strukturu da həm Azərbaycan, həm də Rusiya tərəfdən olduqca yaxşıdır”. 

Mətbuat konfransında isə Putin bildirib ki, Rusiya Xəzər regionunun əməkdaşlıq regionuna çevrilməsi üçün dənizin probleminin tezliklə nizamlanmasının tərəfdarıdır: “Biz danışıqlarda Xəzər regionu çərçivəsində problemlərin həllinə böyük diqqət ayırdıq. Biz bu regionun sülh, sabitlik və əməkdaşlıq regionuna çevrilməsində maraqlıyıq”.ÿ

Rusiya prezidenti qeyd edib ki, hələlik həllini tapmamış çox problem qalır: “Buraya təhlükəsizlik, sərhədlərin bölünməsi, Xəzər dənizinin biomüxtəlifliyinin qorunub saxlanması və digər məsələlər daxildir. Biz bu məsələlərin təbii ki, bütün region ölkələrinin maraqları nəzərə alınmaqla həllində maraqlıyıq”. 

Hansı sənədlər imzalandı?

Daha sonra ikitərəfli sazişlərin imzalanması mərasimi olub. Hər iki prezidentin iştirakı ilə Azərbaycan və Rusiya arasında bir sıra ikitərəfli sənədlər imzalanıb. Sənədlər mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması, eləcə də humanitar sahədə əməkdaşlıq məsələlərini əhatə edir.

Azərbaycan və Rusiya Fövqəladə Hallar nazirlikləri arasında 2013-2015-ci illər üçün kompleks əməkdaşlıq planı imzalanıb.

Iki ölkənin xarici işlər nazirləri Elmar Məmmədyarov və Sergey Lavrov 2015-ci ilədək humanitar sahədə əməkdaşlıq proqramını imzalayıblar. Eyni zamanda, Azərbaycan Dövlət Neft Şirkəti və Rusiyanın “Rosneft” şirkəti arasında əməkdaşlıq haqqında saziş imzalanıb və neft nəqlinin əsas şərtləri razılaşdırılıb. Sazişi ARDNŞ prezidenti Rövnəq Abdullayev və “Rosneft”in rəhbəri Iqor Seçin imzalayıblar.ÿRusiyanın energetika naziri Aleksandr Novak bildirib ki, söhbət, qarşılıqlı neft tədarükü və nəqlindən gedir.

Axşam V.Putin səfərini başa çatdıraraq Rusiyaya qayıdıb. Onu müşayiət edən şəxslərin bir hissəsi isə danışıqları Qəbələdə davam etdirəcək(APA).