Tanınmış jurnalist Eynulla Fətullayevin rəhbəri olduğu Haqqın.az saytında «İlham Əliyevə qəsdin üstü açılıb» məqaləsi geniş rezonansa səbəb olub. Məqalədə adı çəkilən şəxslərin bir qismi yazılanlara cavab verib, bir qismi isə orda əks olun faktları cəfəngiyyat və iftira adlandırıb. Məqaləyə Rusiyadan da cavab gəlib. Rusiyalı jurnalist Yevgeniya Tulayeva öz məqaləsində E.Fətullayevə cavab verib.
Yazıda deyilir:
Dünyada üç növ əclaf var: sadəlövh əclaflar – onlar əclaflıqlarının alicənablıq olduğuna əmindir, əclaflığından utanan, lakin onu başa çatdırmaq niyyətində olan əclaflar və nahayət sadəcə əclaflar – xalis əclaflar.
F.M.Dostoevski
Haqqın.az saytında Eynulla Fətullayev səs-küylü «İlham Əliyevə qəsdin üstü açılıb» başlıqla məqalə dərc edib. Bu məqalədə göstərilən faktlar heç bir şübhə olmadan onu deməyə əsas verir ki, kimlərsə ciddi təlaşa düşüblər və elə Günel Rəhimlinin proqnozlaşdırdığı kimi (2013-cü ilin martın 15-də Kultura.az saytında dərc edilən «Fətullayevşina» məqaləsinin müəllifi) Azərbaycan və Rusiyanın bir çox tanınmış şəxslərinin ünvanına mənasız ehtimal və uydurmalar yağdıraraq Fətullayevlə «atəş açmaq» qərarına gəliblər.
Fətullayevin özünün ifşa etdiyi qəsd barədə növbəti məqaləsinin işıq üzü görməsi ilə müəllifin arxasında dayananların təşvişi görsənir. Təsadüfi deyil ki, bu «Fətullayev» hücumu məhz Putinin Azərbaycana səfəri ərəfəsinə düşüb.
Ancaq Fətullayevin xəyallar dünyasında heç də hər şey belə sadə deyil!
Detektiv və bəlli olduğu kimi Pyuzonun «Xaç atası» romanının həvəskarı olan məqalə müəllifi bunun «üz döndərməyənlərə dərs olacağını düşünən» müqəddaratı həll edən tərəfindən tövbəsi qəbul edilməyən insanlar üzərində divan tutulması nümunələri gətirir. Hiss olunur ki, müəllif bənzər situasiyanı yaşayıb, ondan necə çıxdığı isə hələ bəlli deyil.
Dəbli və ağıllı sözlərdən, aforizmlərdən, tarixi analogiyalardan bacarıqla istifadə edən Fətullayevə bəraət yoxdur. Ən azı ona görə ki, o tez-tez qətiyyən tanımadığı adamlar barədə fikir bildirməyə, hadisələrə şüurlu şəkildə mənfi çalar verməyə cəsarət edir. Bu da aydındır, küçük filə hürəndə bununla diqqəti özünə cəlb etmək istəyir. Gördülər və eşitdilər – artıq yaxşıdır. Düzgün vəngildəməyə görə pul verdilər – lap yaxşı.
Yazının əvvəlində Günel Rəhimlinin məqaləsini xatırlatmağım təsadüfi deyildi. Məqalə bizim qəhrəmana elə yer eləmişdi ki, Haqqın.az-ın redaksiyası «sifarişli məqalənin əsil müəllifinə müraciət edərək onu belə hərəkətlərdən çəkinməyə və etik qaydalara riayət etməyə», bir il ərzində su içdiyi quyuya tüpürməməyə çağırdı. Sonra isə açıq bəyan etdi: «Əgər bu intriqana müşaribə lazımdırsa, biz onu təşkil edə bilərik».
Bir sözlə, kriminal qalmaqal ruhunda. Hər şey Fətullayevin sevimli romanı «Xaç atası»nda olduğu kimidi, yeri gəlmişkən, orada xeyli maraqlı ifadələr var, onlardan biri atasının biliyini bölüşdürən romanın qəhrəmanına aiddir – özünü başqalarının yerinə qoy. Fətullayevin açıq şəkildə məhəl qoymadığı yaxşı ifadədir.
Hansısa nəşr tanınmış şəxslərin ünvanına real faktlara və etibarlı mənbələrə əsaslanmayan əsassız və təhqiramiz ifadələrə yol verəndə bu KİV hətta tanınmış olsa da, ona inam itir. Bu gün özünü müxalif və müstəqil göstərmək istəyən Haqqın.az saytı həmin vəziyyətdədir, əslində isə o asılıdır, özü də sifarişçiləri qədər çirkin sifarişləri yerinə yetirir. Düşünürəm ki, əksər oxucular üçün bu sirr deyil.
Görünür hakim mantiyasına əyninə keçirən Eynulla Fətullayev ona himayədarları icazə verdiyi həddə hirslənib və «jurnalist araşdırmaları» nəticəsində əldə etdiyi faktlarla əl-qol atmağa və əbədsizlik etməyə başlayıb. Belə sürüşkən yolda dayanan jurnalist həm peşakar, həm də insani münasibətlərdə tənəzzülə uğrayır. Fətullayevlə məhz bu baş verir. Mifik politoloqlar və ekspertlər, diaspora fəallarının ifadələrindən ibarət, eyni zamanda müəllifin sayıqlamaları əlavə olunmuş qaba ruletdən ibarət belə detektiv «şedevri» ortaya qoyursa, jurnalist və insan kimi tənəzzül göz qabağındadır.
Diqqət yetirin, fəal müxalifətçi Fətullayev Azərbaycanın indiki prezidentinin gələcəyindən narahatdır, o Vətənin qəhrəman-ifşaçı-xilaskarıdır, eyni zamanda sakitləşə bilmir və hüquq mühafizə orqanlarına ifaşa etdiyi sui-qəsdçiləri cəzalandırmağı tövsiyə edir. Belə sadiq təbəəlik və vətəndaş mövqeyinə necə gözlərin yaşarmasın!
Sərsəm ehtimalların və sərsəm (Fətullayevin özü də qeyd etdiyi kimi cavabsız) sualların təfərrüatına varmadan vacib suallar səslənmədi: tanınmış və hörmətli adamları bədnam etmək, Rusiya-Azərbaycan münasibətlərini korlamaq, Azərbaycanda stabilliyi pozmaq kimə sərf edir. Fətullayev bu sualların cavabını bilir, əks halda…


