Ana Vətən Partiyasının (AVP) sədr müavini Zahid Orucun prezidentliyə namizədliyinin irəli sürülməsi siyasi müstəvidə birmənalı qarşılanmadı. Deputatın təmsil etdiyi partiyanın sədri Fəzail Ağamalı Zahid Orucun namizədliyinə etiraz edib. Modern.az-a açıqlamasında AVP sədri Zahid Orucun namizədliyin yolverilməz olduğunu deyərək onu dəstəkləməyəcəklərini deyib.
“Zahid Oruc partiyada heç kimlə razılaşdırılmadan namizədliyini verib. Bizim partiyanın qərarı var ki, prezident İlham Əliyevin namizədliyini dəstəkləyirik. Bu qərarımız qüvvədə qalır. Biz Zahid Orucun namizədliyini məqbul hesab etmirik, nə də dəstəkləmirik. Bu onun şəxsi işidir”-deyə F.Ağamalı Zahid Orucun namizədliyinə qarşı çıxıb.


