Amaliya Pənahova Rusiyada “otel xadiməsi” oldu (FOTO)

Xalq artisti Amaliya Pənahova Rusiyada seriala çəkilir. ANS PRESS-in məlumatına görə, aktrisa publika.az-a müsahibəsində “Jasmin” adlanan filmin 200 seriyadan ibarət olduğunu bildirib: “Film Moskvanın “Mosfilm” studiyasının bazasında ORT Rusiya kanalının sifarişi ilə çəkilir. Bu filmdə baş qəhrəman roluna çəkilirəm. Aynur adlı türk qadının obrazını yaradıram.
Sadə bir otel xadiməsi obrazıdır. Amma o qadının baxış prizması ilə bir çox hadisələr cərəyan edir. Demək olar ki, o qadın cərəyən edən bütün hadisələrin içindədir. Mənim üçün yeni bir obrazdır. Necə ki, “Arxadan vurulan zərbə” filmində Ziba rolu mənim üçün nə qədər fərqli və önəmlidir, bu obraz da eləcə önəmlidir. Fərq bundadır ki, Ziba epizodik rol idi, Aynur isə əksinə.”