Barəsində deyilənlərə Abbas Abbasovdan reaksiya

Məlum olduğu kimi, Rusiyanın tanınmış blogeri Aleksandr Fomenkov bu ölkənin Ədliyyə Nazirliyinə müraciət edərək Rusiya Azərbaycan Təşkilatları İttifaqı və “AzərRos” – Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyatı təşkilatlarına rəhbərlik edən Abbas Abbasovun fəaliyyətinin yoxlanmasını istəyib. Bloger A.Abbasovun Rusiya vətəndaşı olmadığı halda bu təşkilatlara rəhbərlik etməsinin nə dərəcədə qanuna uyğun olduğunu soruşub. Nazirliyin cavabında isə A.Abbasovun Rusiyada qanuni əsaslarla yaşadığını, fəaliyyətinin qanuna uyğun olduğunu qeyd olunub. Sorğunun “AzərRos”la bağlı hissəsinə gəlincə, nazirlik bu təşkilatının sənədlərinin yoxlanmaqda olduğunu qeyd edib. 

Blogerin sorğusu və nazirliyin araşdırması ilə bağlı A.Abbasovun mövqeyini öyrənmək istədik. Bu məqsədlə müraciət etdiyimiz A.Abbasova yaxın şəxslərdən biri onun adından bildirdi ki, Ədliyyə Nazirliyinə müraciət edən Fomenkov qeyri-ciddi adam kimi tanınır. Nazirliyin cavabında da Abbasovun fəaliyyətində qanunsuz məqamların olmadığı əksini tapıb. 

Eyni zamanda jurnalist Eynulla Fətullayev rəhbərlik etdiyi saytlarda prezident seçkilərində İlham Əliyevi devirmək üçün Rusiyada planın hazırlandığı və bunun üstünün açıldığını iddi edən yazı ilə çıxış edib. Həmin yazıda “çevriliş planının” mərkəzi fiquru kimi A.Abbasovun adı hallanıb. A.Abbasovun sözçüsündən buna da onun mövqeyini soruşduq. Sözçü dedi ki, A.Abbasovun bununla bağlı geni münasibət bildirmək istəməir, lakin yazıda əks olunan məqamlar tamamilə iftira və böhtandır.

Fizzə