Rusiyanın Xəzər Donanmasının komandanı, vitse-admiral Sergey Alekminskinin bayrağı altında iki hərbi gəmisi toplanış səfəri çərçivəsində Bakı limanına daxil olub.
APA-nın məlumatına görə, “Dağıstan” raketdaşıyan gəmisi və “Volqodonsk” kiçik artilleriya gəmisi Xəzərdə iki ölkənin donanmaları arasında əməkdaşlığın möhkəmləndirilməsi və inkişafı çərçivəsində Bakıya gəlib. Səfər çərçivəsində Rusiyanın Xəzər donanması və Azərbaycan Hərbi Dəniz Qüvvələrinin rəhbərliyi arasında görüş planlaşdırılır. Rusiyalı dənizçilər Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edəcəklər.
Rusiyanın hərbi gəmiləri Bakı limanında
•


