Elman Abdullayev: «Problem yaranarsa, Rusiyadakı səfirliyimizə müraciət edə bilərlər»
Əlövsət Əliyev: «Rusiyada yaşayan soydaşlarımızın 3-5 faizi deportasiya oluna bilər»
Rusiya qanunvericiliyini pozduqlarına görə 145 mindən çox əcnəbinin bu ölkəyə girişinə qadağa qoyulub. Bu barədə jurnalistlərə Federal Miqrasiya Xidmətinin (FMX) xarici vətəndaşlarla işin təşkili departamentinin rəis müavini Dmitri Demidenko bildirib: “2013-cü ilin əvvəlindən biz 145 mindən çox əcnəbiyə Rusiyaya girişinə qadağa tətbiq etmişik. Biz bu işi davam edəcəyik”. Onun sözlərinə görə, FMX-nın informasiya resurslarına əsasən, Rusiya ərazisində müəyyən olunmuş vaxtdan çox qalan, əmək statusunu rəsmiləşdirməyən və risk qrupuna aid edilən miqrantların sayı 3 milyondan çoxdur:
“Gələcəkdə bütün bu şəxslər Rusiyaya giriş hüququndan məhrum olunmalıdır” deyə Demidenko bəyan edib.
Məlumatlara görə, FHN Moskvada qeyri-reqal miqrantların deportasiyadan əvvəl müvəqqəti saxlanması üçün səhra mətbəxli çadır düşərgələri təşkil edib. Məlumatlarda bildirilir ki, miqrantlar arasında Azərbaycan vətəndaşları da var.
Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev yaranmış vəziyyətlə bağlı bildirdi ki, Miqrasiya haqqında qanuna əsasən, Rusiyadan kütləvi deportasiyalrın olunması qadağandır: “Rusiya miqrantları kütləvi surətdə öz ərazisindən çıxara bilməz. Rusiya çalışır ki, bundan sonra ölkəyə gələnlər qanuni əsalarla gəlsin və miqrasiya prosesi tənzimlənsin. Yəni miqrantlar Rusiya Federasiyasının iqtisadi inkişafına xidmət eləsinlər. Artıq 10 ildir ki, Rusiya miqrasiya siyasətini sətləşdirib. Bundan istifadə edən millətçilər də müxtəlif təxribatlara əl atırlar, dağıdıcı fəaliyyət göstərirlər. Ancaq 3 milyon miqrantın Rusiyadan çıxarılması ağlabatan deyil. Azərbaycandan Rusiyaya işləməyə gedənlərə gəlincə, bu adamların böyük əksəriyyəti Rusiyada qanuni əsalarla yaşayır. Ona görə də azərbaycanlıların kütləvi deportasiyasından söhbət gedə bilməz. 3-5 faiz vətəndaşımız deportasiya oluna bilər.
XIN mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirdi ki, Rusiyada yaşayan vətəndaşlarımızla bağlı müəyyən problemlər yarandığı təqdirdə, Rusiyadakı səfirliyimizə, konsulluqlara müraciət edirlər: “Deportasiya olunacaq miqrantların əksər hissəsi digər ölkələrin vətəndaşlarıdı. Bizim vətəndaşlarla bağlı hələ ki, problem yaranmayıb. Istənilən halda soydaşlarımız səfirliyə müraciət edə bilirlər. Biz də dövlət olaraq üzərimizə düşən bütün öcdəlikləri yerinə yetirməyə hazırıq”.
Ilham Hüseyn


