Əli Kərimli Milli Şuraya təkliflər verdi

AXCP sədri Əli Kərimli demokratik qüvvələrin Milli Şurasının 12 avqust sessiyası üçün təkliflərlə çıxış edib. O, təkliflərini özünün rəsmi Facebook səhifsində paylaşıb. Əli Kərimli yazır:

Milli Şuranın növbəti sessiyasına təkliflərimi dəqiqləşdirdim:
1. Milli Şuranın prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyova sona qədər dəstək verilsin. Hətta imzaların toplanması üçün nəzərdə tutulmuş müddətin başa çatmasına 5-6 gün qalmış da Rusiya vətəndaşlığı problemini həll edə bilsə, onun namizədliyi reallaşa bilər. Seçkiyə hazırlıq işləri hər gün davam etməlidir.
2. Rüstəm bəyin Rusiya vətəndaşlığı ilə bağlı probleminin həllinin gecikməsi ehtimalını və onun özünün Milli Şuraya məktub göndərib, digər iddialıların da prezidentliyə namizəd olmalarına etiraz etmədiyini nəzərə alaraq, Milli Şura daha bir vahid namizəd müəyyənləşdirməlidir. Əvvəcədən müəyyən edilməlidir ki, Rüstəm bəyin namizəd olmaq imkanları yaranan kimi indi seçiləcək vahid namizəd öz namizədliyindən Rüstəm bəyin xeyrinə imtina edəcək.
3. Hazırda ölkənin demokratik qüvvələrinin Milli Şurada əldə olunmuş birliyini qoruyub saxlamaq olduqca vacibdir. Ona görə də yenidən vahid namizədi müəyyənləşdirmək üçün hamı güzəştlərə hazır olmalıdır.