Mehdiqulu xanın yenilməz sərkərdələri
Azərbaycanın məşhur soylarından biri olan Cavanşirlər adları tariximizə əbədi yazılan çox sayda şəxsiyyətlər yetişdirmişdir. Bu soyadın daşıyıcılarından olan Hacı Ağalar bəy və onun qardaşı Rüstəm bəy də də zəmanəsinin tanınmış şəxslərindən sayılırdı. O, Pənahəli xanın qardaşı nəvəsi, Qasım bəyin dördüncü oğlu idi.
1758-ci ildə ÿŞuşa ÿşəhərində anadan olan Ağalar bəy ÿmədrəsə təhsili almış, gənc yaşlarından savaş sənəti ilə məşğul olmağa başlamışdı. O, qardaşları Hacı Bəylər bəy və Rüstəm bəylə bərabər Mehdiqulu xana xidmət edirdi. Qardaşaları çox sevən Mehdiqulu xan onlara Qarabağ ərazisində böyük imkanlar vermişdi. Hacı Ağalar bəy Zabux, Şəki, Qarakilsə, Əngələvüd, Daşkənd, Qubadlı, Yuxarı Hal kəndlərinin, Hacıağalarbəyli, Şükür-Muğanlı, Bərgüşadlı, Əliyanlı, Tatar, Tatarlı, Xocamusaqlı, Eyvazsərkarlı, Zodmanlı, Çullu obalarının sahibi idi. O, 1810-cu il hadisələrində atası Qasım bəylə bərabər Abbas Mirzənin qoşunlarına qarşı göstərdiyi səylərə görə kapitan rütbəsi ilə mükafatlandırılmışdı. Hacı Ağalar bəy xanlıq dönəmində Sisyan, Tatev, Bərgüşad mahallarının naibi, Zəngəzur ellərinin kələntəri olmuşdu.ÿ
Cavanşirlər soyunun tədqiqatçılarından olan Ənvər Çingizoğlu bu tarixi araşdırarkən, Hacı Ağalar bəylə bağlı bütün tarixi faktları əhatəli şəkildə oxuculara çatdırmışdır. 1822-ci ildə sonuncu Qarabağ hakimi Mehdiqulu xan Cavanşir Irana qaçandan sonra onun yaxınları gözdən salındı. Hacı Ağalar bəyi tutub Rusiyanın dərinliklərinə sürgün etmək istədilər. Lakin o bu dəfə xilas olmağı bacardı.ÿ1826-cı ildə Hacı Ağalar bəy Şuşada ruslara qarşı qiyam qaldırıb, Irana keçdi. Abbas Mirzə ona xan ünvanı verib, ordusunun bir dəstəsinə başçı qoydu. Bundan sonra Hacı Ağalar xan ruslara qarşı bütün savaşların başında durmağa başladı. O, Qacar ordusunda Qarabağ atlı dəstəsinin sərkərdəsi idi. K.N.Smirnov yazır: “Ismayıl Mirzənin rusların üzərinə hücumu Gorusun şərqindən oldu. Naxçıvan alayının süvariləri Hacı Ağaların (Qarabağ atlılarının başçısı) başçılığı altında Naxçıvan yolu ilə irəliləyib, Xınzirək və Gorus arasında rusları mühasirə etdilər. Ruslardan 6 dağ topu və 1000 nəfər əsir götürdülər. Hacı Ağalar xan başqa bir hücumda, Həkəri çayının yaxasında, rus qoşununa xeyli ziyan vurmuş və əsir götürmüşdü”.
Tarixi qaynaqlarda yazılanlar
Tarixçi Mirzə Yusif Qarabaği yazır: “O gecə bir nəfər ruslardan üz döndərib, qızılbaşlarla birləşən Hacı Ağalar bəy Qarabağlının yanından gəlib, rusların kənddən çıxıb harasa naməlum bir tərəfə getdiklərini xəbər verdi. Bu xəbərdən qızılbaş qoşunlarının içərisinə qorxu və həyəcan düşdü. Qorxudan gecə qoşunun yerini dəyişdilər. O yerlərdə olan Pirsəng təpəsində səngər qazıb, vuruşu gözləyirdilər. Sübhə yaxın ayrı bir xəbər gəldi ki, ruslar öz qoşunları ilə birləşmək üçün Şuşa qalasına tərəf getdilər.
Abbas Mirzə 1826-cı ildə Azərbaycanda yürüşdə olarkən, Bərgüşad mahalında Hacı Ağalar xangildə qonaq qalmışdı. Tarixçi Mirzə Yusif yazır: “Abbas Mirzə bu şad xəbəri eşitdikdən bir sonra ordunu ordaca qoyub, Gorunruz kəndinə gəldi. Burda ölən və əsir düşən rusların başçıları ilə birlikdə sayı 300 nəfər idi. Əsirlərin içərisində polkovnik Nazımov və mayor Kovalenski də var idi. Abbas Mirzə onları Gorunruz kəndinə Hacı Ağaların yanına qonaq gətirdi”. Hacı Ağalar xan torpaqlarının azad olunmasını istəyirdi. O inanırdı ki, Abbas Mirzə Qarabağı ruslardan təmizləyib, xanlığı bərpa edəcək. Ümumiyyətlə, Cavanşir elinin Sarıcalı oymağının Behbudalılar tayfası həmişə Qarabağ xanlarını dəstəkləmişdilər. Mehdiqulu xanın ən inandığı adamlar bu tayfadan çıxmışdılar. Xan Iranda olarkən qardaşlarından çox Hacı Ağalar xanın ruslar tərəfindən dustaq edilmiş kiçik qardaşı Rüstəm bəyi arzulamışdı. Qarabağın adlı-sanlı bəylərindən tarixçi Mirzə Adıgözəl bəy Abbas Mirzənin əlində əsir olarkən həyatına qarşı Rüstəm bəyi zamin göstərmişdi. Hətta Mehdiqulu xana hədə dolu məktub da göndərmişdi. Məktubda yazılırdı: “…Xan, mən bu zəncirə düşəndən özümü ölmüş bilirəm. Lakin bu qədər var ki, mən burada ölən kimi, ruslar da Qalada dustaq olan bəyləri öldürəcəklər. Istəmirəm ki, mənə görə o qədər bəylər ölsün. Xüsusilə Rüstəm bəy”. Mehdiqulu xan bu məktubu alıb, oxuyandan sonra Hacı Ağalar xanı çağırtdırıb, Kərim xanla bir yerdə Naibəssəltənənin yanına yollamışdı. Abbas Mirzə Hacı Ağalar xanı dinləyib, Mirzə Adıgözəl bəyi öldürməkdən vaz keçmişdi. Mirzə Adıgözəl bəy qaçmaq fikrinə düşəndə onu dardan Hacı Ağalar bəy qurtarmışdı.
Hacı Ağalar xan 1834-cü ildə Iranda vəfat etmişdir. Hacı Ağalar xanın törəməsi Qarabaği soyadını daşıyır.
Mayor rütbəli Rüstəm bəy
Hacı Ağalar xanın qaradşı Rüstəm bəy də dövrünün tanınmış simalarından biri olmuşdur.
Qasım bəyin yeddinci oğlu Rüstəm bəyÿdə Şuşaÿşəhərində dünyaya göz açmış, mədrəsə təhsili almışdı. O, Mehdiqulu xanın sevimli bəylərindən sayılırdı. Xanın getdiyi hər yerdə Rüstəm bəy də vardı. O, divanxanada möhrdar vəzifəsin icra edirdi. Rüstəm bəy görkəmli sərkərdə idi. Ruslar Qarabağı ələ keçirəndən sonra Mehdiqulu xanın yaxın adamlarına hərbi rütbələr vermişdilər. Onlar Rüstəm bəyə kapitan rütbəsi versələr də, öz tərəflərinə çəkə bilməmişdilər. 1822-ci ildə xan Irana qaçandan sonra Rüstəm bəyi tutdular. Amma sonra da azad etdilər. Rüstəm bəyin başı qardaşlarına görə də çox bəlalar çəkmişdi. Öncədən Irana qaçan qardaşları Feyzi bəy, Fərzi bəy, Baxşalı bəyin üstündə xain damğası vardı. 1826-cı ildə də digər qardaşları Hacı Ağalar bəylə Hacı Bəylər qiyam qaldırıb, Arazın o tayına qaçdılar. Rüstəm bəyi tutub zindana saldılar. Rüstəm bəy Şuşa zindanında dustaq yatarkən qardaşları Iran tərəfindən ruslara qarşı vuruşurdular. Rüstəm bəyÿ1826-cı ildə Bakı şəhərinə sürgün olunmuşdu.ÿ1827-ci ildə Mehdiqulu xan qayıdıb, Qarabağa gəldi. Bütün tərəfdarları kimi Rüstəm bəy də bağışlandı. Rüstəm bəyə bağlı torpaqlar alınıb, dövlət (xəzinə) hesabına keçirilmişdi. Sonralar ümumi bağışlanmada torpaqların bir hissəsi sahiblərinə qaytarıldı. Bu zaman Rüstəm bəy Gülablı, Keşişkənd, Gorunzur, Edilşahlı, Süleymanlı, Qazıyan adlı kəndlərin, Mollagülüsərkarlı, Hüsənsərkarlı, Şahverdisərkarlı, Qaraçı-Türkman, Hacılar və Əhmədli obalarının sahibi idi. Rüstəm bəy mayor rütbəsi ilə Qarabağ atlı alayında xidmət etmişdi. Sonra o, Zəngəzur qəzasına naib təyin edilmişdi. Tarixi faktlara görə, Rüstəm bəyÿŞuşaÿşəhərində daim bir-biriylə mübarizə aparan iki qrupdan birinin, Cavanşir qrupunun başçısı idi. Əks tərəfə, Kəbirli qrupuna Mirzalı bəy Hacı Hüseynəli bəy oğlu başçılıq edirdi.
Rüstəm bəyin törəmələri hazırda Rüstəmbəyov soyadını daşıyırlar.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir