Təəccüb doğuran hadisə İspaniyada olub
İspaniyanın Benidorm şəhərində inşa edilən və Avropanın ən böyük mənzil binası kimi planlaşdırılan Tempo Qüllələri layihəsində bir skandal yaşanıb.
Ölkənin iqtisadi böhrandan çıxmasının bir simvolu kimi nəzərdə tutulan 200 metr yüksəklikdə, 47 mərtəbəli göydələnin tamamlanmasına bir neçə ay qalmış lift şaxtasının olmadığı məlum olub.
Göydələnin orijinal layihəsinin 20 mərtəbəli olduğu üçün planda lift olub, ancaq sonradan 27 mərtəbə inşa edildiyi üçün digər mərtəbələrdə yalnız pilləkənlər qoyulub.
“El Pais” qəzetinin xəbərində, 20-ci mərtəbədən yuxarıda lift qomaq üçün şaxta da yoxdur. Bir neçə həftə əvvəl bir qrup mühəndisin layihədən istefa etməsi, ictimaiyyətdəki reaksiyaları daha da artırıb. (anspress.com)