Bu oğurluğun arxasında kimin dayandığı məlum deyil
Livanın paytaxtında Türk Hava Yollarının 2 pilotu itkin düşüb.Türkiyə diplomatı bu barədə açıqlama verib. Onun sözlərinə görə, cümə günü, Beyrut aeroportunu tərk etdikdən sonra onların avtobusu 2 silahlı şəxs tərəfindən saxlananılıb. Onlar aeroportdan qaldıqları otelə gedərkən təxminən 3 radələrində ələ keçirilib.
Bu oğurluğun arxasında kimin dayandığı məlum deyil. Amma keçən il bir qrup liviyalının ailələri Suriya yaxınlığında, Türkiyə sərhədlərinə yaxın ərazidə- Hələb vilayətinin şimalında oğurlanmış, Ankarada onların sərbəst buraxılması üçün addımlar atmasını tələb etmişdi.
Türkiyənin Beyrutdakı səfiri İnan Özyıldızıın Liviyanın LBCİ TV kanalına dediyinə görə, o məsələni izləyəcək. O Livan rəsmilərinin pilotları sərbəst buraxılması üçün əlindən gələni etməsinə ümid edir. Onu da qeyd edək ki,Türkiyə Hava Yollarına məxsus avtobusun içində 6 nəfər olub.


