Nurəddin Məmmədli: «Azərbaycan müxalifəti bataqlıqdadırsa belə, yenə də bunun günahı hakimiyyətin üzərindədir»
YAP-ın icra katibinin müavini, deputat Mübariz Qurbanlı “Azadlıq” radiosuna müsahibəsində təmsil etdiyi partiyanın müxalifətə münasibətini belə ifadə edib: “Hakim partiya müxalifəti düşdüyü bataqlıqdan çıxarmır, ona əlini uzatmır. Mən baxıram müxalifət ki, bataqlıqdadır, istəyirəm elə o bataqlıqda da qalsınlar”.
Güclü iqtidarın güclü də müxalifəti olar” deyimini yəqin eşitməyən çox azdır. Normal təfəkkürlü iqtidar da sözsüz ki, güclü müxalifətinin olmasını istəyər. Amma göründüyü kimi, Azərbaycan iqtidarı bu məsələdə də qısqanclıqdan qurtula bilmir. Bütün mübarizələrin sonu kimi, iqtidar təmsilçiləri indi də siyasi qarğışa keçiblər.
![]()
Professor Nurəddin Məmmədli hesab edir ki, əks mövqedə dayanan qüvvələrə qarşı bu cür davranış və qarğış əzabkeşliyin ifadəsidir. Onun sözlərinə görə, qarşı tərəf elə bir həddədir ki, onlar artıq ürəklərini söyüş və qarğışla soyutmaq istəyirlər: “Adını politoloq qoyan və başqalarına siyasətdən dərs keçmək istəyən bir adamın leksikonunda belə fikrin səslənməsi əlacsızlıq və ümidsizliyin ifadəsidir. Digər tərəfdən, Azərbaycanda müxalifət bataqlıqdadırsa, bunun günahı yüzdə-yüz iqtidarın üzərindədir. Çünki normal iqtidarı olan ölkələrdə müxalifət heç zaman bataqlıqda ola bilməz. Sevindirici haldır ki, bütün təzyiqlərə, amansızlıqlara, repressiyalara baxmayaraq, müxalifət böhran və dirçəliş dövrünü arxada qoyub. Artıq müxalifətin çox sürətli inkişaf dönəmi başlayıb. YAP ideoloqları və Mübariz Qurbanlını narahat edən də məhz bu yüksəliş, müxalifətin inkişaf prosesidir”.
Nigar


