
Avqustun 6-da Milli Şuranın Seçki Qərargahının toplantısı keçirilib. İclasda Milli Şuranın seçki kampaniyasının təşkilati məsələlərinə məsul olan AXCP, “El” Hərəkatı, ACP, ALP və KXCP-nin nümayayəndələri iştirak edib.
Toplantıda Milli Şuranın vahid namizədinin rəsmi irəli sürülməsiylə bağlı təşəbbüs qrupunun formalaşdırılması, onun tərkibi, yığıncağın yeri və qanuna uyğun olaraq sənədləşdirilməsi məsələləri müzakirə edilərək, müvafiq qərarlar qəbul olunub. Eyni zamanda vahid namizədin qanunvericiliyə uyuğun olaraq respublika ərazisində imza toplama kampaniyasının təşkili məsələləri hərtərəfli müzakirəyə çıxarılıb və konkret qərarlar verilib. Avqustun 7-də isə Seçki Qərargahında seçki kampaniyasının analitik, sosial sorğular, daxili və beynəlxalq piar məsələləri ilə bağlı müşavirə keçirilib.


