Azərbaycan tarixində iz qoyan Musabəyovlar

Irəvan Müəllimlər Seminariyasının məzunu Vahid bəy

Azərbaycan tarixində bir neçə görkəmli simanın adını yaşadan soyadlar arasında Musabəyovlar da var. Həmin şəxslərdən bizim üçün ən məşhur olanı, heç şübhəsiz, “Neft və milyonlar səltənətində” əsərinin müəllifi Ibrahim Musabəyovdur. Amma bu yazıda həmin tanınmış yazıçı ilə bərabər, soyun daha iki daşıyıcısı haqqında da söz açacağıq.   

Məşhur soyun nümayəndələrindən biri Irəvan Müəllimlər Seminariyasının məzunu Vahid Musabəyovdur ki, o, ömrünü bütünlükdə ölkədə maarifçiliyin yayılmasına və savadsızlığın aradan qaldırılmasına həsr etmişdir. 

Vahid Musabəyov 1864-cü il avqust ayının 1-də Qəbələ rayonunda(keçmiş Qutqaşen) kəndli ailəsində doğulmuşdur. Irəvan Müəllimlər Seminariyasında təhsil alan gənc burada  dünya və Azərbaycan ədəbiyyatının məşhur nümayəndələrinin əsərlərini oxumuş və yüksək təhsilli pedaqoq kimi yetişmişdir. Oxuduğu dövrdə Fonvizin, U.Şekspir, N.M.Karamzin, A.S.Puşkin, M.Y.Lermontov, N.V.Qoqol, M.F.Axundov, I.S.Turgenev, L.N.Tolstoy və digər tanınmış yazıçı və şairlərin əsərləri ilə yaxından tanışlıq V.Musabəyovun dünyagörüşünə böyük təsir göstərmişdir. Tədqiqatçıların araşdırmalarına görə, Musabəyov seminariyanın ən istedadlı tələbələrindən biri olub. Seminariyada oxuduğu zaman çəkdiyi xəritələr və digər əl işləri onun yaradıcı bir tələbə olduğundan xəbər verir. Həmin əl işləri Rusiyanın, Qafqazın, Ispaniyanın, Portuqaliyanın, Italiyanın, Norveçin, Isveçin, Danimarkanın, Amerikanın coğrafi xəritələridir. Musabəyovun işlədiyi xəritələrdə seminariya müəlliminin qeydləri var. 

1889-cu ildə seminariyanı uğurla bitirən gənc ibtidai sinif müəllimi statusu alır. Gənc müəllim Nuxa qəzasındakı doğma Qutqaşen kəndində 1 sinifli məktəbə müəllim təyin edilir. 1882-ci ildə açılan Qutqaşen kənd məktəbi Nuxa qəzasında ilk xalq məktəbi idi. Bu, 3 şöbədən ibarət birsinifli məktəb idi. Məktəbdə tədris Azərbaycan və rus dillərində aparılırdı. Burada hesab, coğrafiya, tarix, təbiətşünaslıq və rəsm fənləri tədris edilirdi. Həmin məktəbin ilk müəllimi və onun müdiri Zaqafqaziya Müəllimlər Seminariyasının ilk məzunlarından olan maarifçi ziyalı Rəşid bəy Əfəndiyev idi. Məktəbdə rus və Azərbaycan dili dərsləri səs üsulu ilə K.D.Uşinski və A.O.Çernyayevskinin dərslikləri əsasında aparılırdı. 

“Vikipedia”nın yazdığına görə, V.Musabəyov 1925-ci ildə Nuxa dairəsindən Ümumrusiya müəllimlər qurultayına nümayəndə seçilmiş, 1931-ci ildə isə Azərbaycan müəllimlər qurultayının nümayəndəsi olmuşdur. Tanınmış pedaqoq   Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 15 oktyabr 1932-ci il tarixli fərmanı ilə “Əmək qəhrəmanı” adına layiq görülmüşdür. 

13 may 1943-cü ildə 79 yaşında dünyasını dəyişmişdir.

“Neft və milyonlar səltənətində” əsərinin müəllifi

Azərbaycan ədəbiyyatında tanınmış imzalardan biri də yazıçı Ibrahim Musabəyovdur. O, Azərbaycan tarixində görkəmli yazıçı və maarifçi kimi tanınmışdır.

Ibrahim Mehdi bəy oğlu Musabəyov 1880-ci ildə Qəbələ rayonunda anadan olmuşdur. Ilk təhsilini doğma Qutqaşında alan I.Musabəyovÿ1898-ci ildə Zaqafqaziya Müəllimlər Seminariyasına daxil olmuşdur.ÿ1902-ci ildə oranı bitirən Ibrahim bəyÿ Şəki ÿşəhərindəki üçüncü rus-tatar məktəbində müəllimliyə başlayır.ÿ1911-ci ildəÿ Bakıya gələn gənc pedaqoq birinci rus-tatar məktəbində boş olan müəllim yerini tutmaq üçün həmin ilin ÿoktyabr ayının 6-da müəllimlər komissiyası qarşısında imtahan verir. Bu imtahandan uğurla keçən pedaqoq o vaxtdan müəllimlik fəaliyyətini Bakıda ÿdavam etdirir. 

Həmin illərdə ÿXX əsrin demokratik əqidəli müəllimləri və yazıçıları Qafur Rəşad Mirzəzadənin ÿredaktorluğu ilə çıxan “Məktəb” jurnalında şeir, hekayə və məqalələrlə tez-tez çıxış edirdilər.ÿJurnalın müəllifləri arasında Nəriman Nərimanov, ÿSüleyman Sani Axundov,ÿ Şəfiqə Əfəndizadə, ÿAbdulla Şaiq,ÿ Rəşid bəy Əfəndiyev, ÿƏli Fəhmi, Əlicabbar Orucəliyevÿ və başqa tanınmış simalar vardı.

Bu dövrdə, 1913-cü ildən ədəbi fəaliyyətə başlayan I.Musabəyov da öz hekayələrini “Məktəb” jurnalında, iri həcmli əsərlərini isə müxtəlif nəşriyyatlarda kitabça şəklində çap etdirirdi.

I.Musabəyovun əsərləri arasında ideya və məzmun baxımından diqqəti daha çox cəlb edən və bu gün də aktuallığını itirməyən əsəri “Neft və milyonlar səltənətində” povestidir. Əsər ilk dəfəÿ1916-cı ildə kitab şəklində çap olunmuşdur. Povest inqilaba qədərkiÿneft sənayesi sahiblərinin, pul hakimiyyətinin Azərbaycan mənzərəsini yaradan əsərlər içərisində xüsusi yer tutur.

Müəllifin bu əsəri nəşr olunduqdan sonra geniş çevrənin diqqətini cəlb edir. 1916-cı ildə həmin povest əsasındaÿA.D.Panova-Potyomkinanın ssenarisi üzrəÿ”Filma”ÿadlı fransız kino şirkəti dörd seriyadan ibarət kinofilm çəkir. Burada rus kino ustaları ilə yanaşı, məşhur Azərbaycan aktyoruÿ Hüseyn Ərəblinski, xanəndə Cabbar Qaryağdı oğlu, tarzən ÿQurban Primov, Mirmahmud Kazımovskiÿdə iştirak etmişdilər. Bundan başqa, Musabəyovun daha bir əsərinin motivləri əsasında 1980-ci ildə “Qızıl uçurum” filmi çəkilmişdir.

Ibrahim Musabəyov Qazağıstanın Qaraqanda şəhərinə sürgün edilmiş və orada 1942-ci orada vəfat etmişdir.   

Məşhur tibb alimi Ümnisə xanım

Qəbələ torpağının yetişdirdiyi parlaq bioqrafiyalı Musabəyovlər sırasında Azərbaycanın görkəmli elm xadimi, oftolmoloq  Ümnisə xanımın da adı var. 

Ümnisə xanım Süleyman qızı Musabəyova 1902-ci ildə Qəbələ rayonunda anadan olmuşdur.

Ali tibb təhsili alan Ümnisə xanım 1936-cı ildə tibb elmləri doktoru adına, 1943-cü ildə professor adına, 1957-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, əməkdar elm xadimi adına layiq görülmüşdür. Görkəmli alim 1945-ci ildən ömrünün sonunadək indiki Azərbaycan Tibb Universitetinin göz xəstəlikləri kafedrasına başçılıq etmişdir. O, traxoma, qlaukoma xəstəlikləri, görmə sinirinin patologiyası ilə bağlı elmi tədqiqatlar aparmış və bir çox əsərlər yazmışdır. Alim xanım ayrı-ayrı illərdə müxtəlif dünya miqyaslı toplantı və konqreslərdə iştirak etmiş, geniş ictimai fəaliyyətlə məşğul olmuşdur. 1958-ci ildə Brüsseldə keçirilən Ümumdünya oftalmoloqlar konqresinin iştirakçısı, Sovet Sülhü Müdafiə Komitəsinin (1955-1974), Sovet Qadınları Komitəsinin (1963-1974) üzvü, Azərbaycan Oftalmaloqlar Cəmiyyətinin sədri (1957-1974) olmuşdur. SSRI Ali Sovetinə (5-6-cı çağırış), Azərbaycan SSR Ali Sovetinə (4-cü çağırış) deputat seçilmişdir. Görkəmli alim “Lenin” ordeni və müxtəlif medallarla təltif olunmuşdur. 

Ümnisə xanım Musabəyova 1974-cü ildə vəfat etmişdir.

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir