TAP və Nabucco West: aralıq nəticələr

Avropa mətbuatı Azərbaycanla Avropa Ittifaqı arasında boru toqquşmalarını müzakirə edir. TAP-ın seçilməsi qaz nəqlinin diversifikasiyasında Avropanın müvəffəqiyyətsizliyi, Azərbaycanın uduşu, Rusiyanın geosiyasi qələbəsi adlandırılır. Ancaq bunlar heç də həmişə real vəziyyətə uyğun gəlmir. Əslində nəticə nədir?  Ukrayna mətbuatı da bu mövzuya geniş yer ayırıb:  

Siyasət 

Iri qaz istehlakçısı olan Avropa Ittifaqı baza strategiyalarandan birini reallaşdırmağa çalışır: mənbələrin və nəql yollarının diversifikasiyası vasitəsilə enerji təhlükəsizliyini gücləndirmək. AI bu strategiyanın həyata keçirilməsi üçün üç enerji paketi formasında qanunverici alətlər yarada bilib, ancaq iri qaz kəməri layihələri üçün bu yetərli olmadı. “Nabukko” ətrafında on illik ayaq döymək də buna misaldır. AI-nın layihəni irəli çəkmək bacarığının olmaması lokal təşəbbüslərin ortaya çıxmasına səbəb oldu. Türkiyə-Azərbaycan strateji tandem Transanadolu TANAP layihəsini, Norveçin Statoil, Almaniyanın E.ON, Isveçrənin Axro şirkətlərindən ibarət qrup TANAP-ın Yunanınstan və Albaniya ərazisindən Adriatik dənizdən Cənubi Italiyaya Transadriatik TAP boru kəmərini təklif etdi. TAP-ın tikintisinə dair konsorsiuma Azərbaycanın SOCAR, Britaniyanın BP, Fransanın Total və Belçikanın Fluxys şirkətlərinin də qoşulması planlaşdırılır. Söhbət AI-nın məğlubiyyətindən gedir. Çünki “Nabukko” hətta qısaldılmış Nabucco West adı ilə kağız üzərində qaldı. 

TAP boru kəməri ilə Avropa Ittifaqı 2019-cu ildən Xəzərdən birbaşa ildə 10 mlrd kub metr qaz almaq şansı əldə etdi. Ancaq bu qaz kəmərinin keçdiyi AI-nin iki ölkəsinə – Yunanıstan və Italiyaya aid olacaq. Azərbaycan AI üçün strateji əhəmiyyət reytinqində bir qədər irəliləyib. TAP-a üstünlük verməklə bir növ Mərkəzi Avropanın “qaz ürəyi” olan və qaz istehlakının müsbət dinamikasının olacağı Baumqartenə düşmək şansını itirdi. Dövlət Neft Şirkəti (ARDNŞ) yuxarıda adı çəkilən Şahdəniz və TAP konsorsiumlarının iştirakçısı olan Qərb şirkətləri kimi “Qazprom”la açıq rəqabətdən çəkinib “mövzudan aralanıblar”. Ancaq Bakı üçün burda məsələ təkcə qazda deyil. 

Azərbaycanda hesab edirlər ki, həssas Qarabağ münaqişəsinin həllinin açarı Moskvadadır. Bu əlbəttə ki, Azərbaycana baha başa gələcək illüziyadır. Son vaxtlar hərbi ritorika daha çox Bakıdan səsləndirilir. Orada Qarabağ “blitskriq”inə (ildırım sürətli əməliyyat – red) hazırlaşırlar. 2013-cü ildə Azərbaycanın hərbi büdcəsi 3,7 mlrd dollar (müqayisə üçün Ukraynada təxminən iki dəfə azdır). Rusiya isə Azərbaycana vəsaitləri “mənimsəməyə” “kömək edir”. Müasir T-90 tankları, hərbi BMP-3, “Smerç” reaktiv yaylım atəş sistemləri, özüyeriyən artilleriya qurğuları, ağır odsaçan TOS-1A sistemləri, S-300PMU-2 və TOR-2ME zenit-raket komleksləri, hücum və nəqliyyat vertolyotları – bunlar Moskvanın 2011-ci ildən Bakıya verdiyi silah və hərbi texnikanın bir hissəsidir. Neft dolları axınından və gələcək qaz dollarından “başı gicəllənən” Bakı onun iflasa uğrayacağı halda nələrin baş verəcəyi barədə düşünmür. Cənubi Qafqaz enerji dəhlizinin qarşısının kəsiləcəyini də görmək çətin deyil. Bu Rusiyanın reallışdırılmasını istədiyi ssenaridir. Çünki onun Avropadakı bazarına rəqabətli Azərbaycan qazının axması Moskvaya lazım deyil. Transxəzər qaz kəmərini layihəsi reallaşdırılacağı təqdirdə Azərbaycan qazının ardınca axacaq Türkmənistan qazı da ona lazım deyil. Gərginliyin eskalasiyası və Bakının əli ilə Qarabağ münaqişəsinin donunu açmaqla Moskva eyni zamanda üç strateji məsələnin həllinə nail olmağa ümid edir: Azərbaycan qazını Avropaya buraxmasın, Transxəzər layihəsinin reallaşdırılmasını türkmən qazı üçün mümkünsüz etmək və bunun nəticəsi kimi hər iki ölkənin rəqabətdə olan vəsait axınını nəzarətə alıb onları özünü bağlamaq. 

Çətin ki, Bakı sona qədər Rusiyanın prezident seçkilərinə az vaxt qalmış “blitskriq” ideyasına görə təhlükəli revanş sindromuna tutulan Azərbaycanın qələbəsinə deyil, məğlubiyyətə oynadığını anlayır. 

Nabucco West-in fiaskosu (ancaq bu hələ tam iflas deyil) Azərbaycan üçün Dağlıq Qarabağın qaytarılması arzusu ilə vidalaşmaq demək olacaq, çünki çətin ki, bundan sonra əvvəllər də bu məsələdə aktiv mövqeyi olmayan Brüsselin həmrəylik dəstəyinə güvənsin. AI-nın enerji prioritetlərinə etinasız yanaşma Brüsseldə, həmçinin bu layihəyə ümid edən bir sıra AI ölkələrində diqqətdən kənarda qalmayacaq. Rusiya qazından asılılığının azalma perspektivinin uzaqlaşdığını nəzərə aldıqda Vışeqrad ölkələrinin (Polşa, Çexiya, Slovakiya, Macarıstan), Bolqarıstanın, Rumıniyanın sevinməsi üçün əsası yoxdur. Onlar növbəti dəfə Azərbaycanın problemli olduğuna əmin oldular və problemli Azərbaycan qazının əvəzinə SMQ-terminallarının yaradılmasının vacibliyini yəqinləşdirdilər. 

Iqtisadiyyat 

Əgər Azərbaycanın TAP vasitəsilə seçdiyi qaz bazarının iqtisadi cazibədarlığına baxsaq, burda situasiya o qədər də ümidverici deyil. Məlum olduğu ki, “pul siyasətin hərəkətverici qüvvəsidir”, ona görə də TAP-ın iqtisadi məqsədəuyğunluğunun qiymətləndirilməsi onu reallışdıracaq şirkət və hökumətlər üçün gələcək rentabelliyi, eyni zamanda müvafiq olaraq regionda siyasi çəkisi məsələsini ortaya qoya bilər. Albaniya ildə 20 mln kub metrdən artıq qaz işlətmir və hətta istehlakı bir qədər artırsa da, TAP üçün perspektivli bazar əhəmiyyəti daşımır. Italiyada qaz istehlakının azalması müşahidə olunur, bu da ölkədəki qeyri-stabil iqtisadi durum şəraitində yüksək qiymətlərlə bağlıdır. TAP səhmdarları arasında Italiyanın enerji şirkətlərinin olmaması da həmçinin Azərbaycan qazının bu bazarda geniş yer almamasına səbəb olacaq. Nisbətən az qaz bazarı həcmlərinə malik (ildə 4 mlrd kub metr) Yunanıstan da Azərbaycan qazının iri istehlakçısı ola bilməz. 

Qaz kəmər tikintisi vasitəsilə Balkan ölkələri bazarına çıxış da çətin ki, ciddi perspektiv hesab olunsun. Bu bazarların tutumu kiçikdir, ölkələr isə Avropa Enerji Birliyinin iştirakçılarıdır, ona görə də Azərbaycanın SOCAR şirkəti bunu istəməsə də, Avropa enerji qanunvericiliyinin müddəalarına hörmət etməli olacaq. 

Azərbaycan Yunanıstan-Bolqarıstan interkonnektorun tikintisi məsələsini aktuallaşdırmaq üçün səylər göstərməli olacaq. Albaniyadan Xorvatiyaya Ioniysk-Adriatik qaz kəməri məsələsi hələ də müzakirə olunur. Region ölkələri onun maliyyələşdirilməsini AI-nın “Qərbi-Balkan investisiya çərçivə təşəbəssü” vasitəsilə əldə etməyə ümid edir. Ona görə də TAP “balkan ucqarlarına”, Avropanın ucqar yerlərinə gedən layihə hesab olunur və nə Azərbaycan, nə də AI üçün ciddi gəlirlər aparmır. 

Nəhayət, Rusiyanın arzuolunmaz “Nabukko”nun “qarşısının alınmasında” yaranan eyforiyadan gözləri elə tutulub ki, ən azı iki məsələ diqqətdən yayınıb. Birincisi: AI-nın Cənub qaz dəhlizinin TANAP və TAP vasitəsilə faktiki reallaşdırılması. Əldəttə, bu tam Brüssel ssenarisi deyil. Ikincisi – “Cənub axın”ın dəyəri ilə heç cür müqayisəyə gəlməyən xeyli kiçik investisiya tutumlu layihənin qələbəsi. TANAP-ın dəyəri təxminən 7 mlrd dollar, TAP-ın dəyəri – təxminən 2 mlrd dollardır. Ümumiyyətlə, hər iki layihə tikinti prosesində smeta dəyərlərinin artması təcrübəsi nəzərə alınmaqla 10 mlrd dollara başa gələ bilər. Qazprom rəqəmlərinə inansaq, “Cənub axın”ın minimal dəyəri (Qara dəniz sahəsi və Avropanın quru əraziləri) 15,5 mlrd avro yaxud təxminən 20 mlrd dollardır. Müstəqil ekspertlərin qiymətləndirməsinə görə, Yamalla Rusiyanın Qara dəniz sahillərinin arasında birləşdirici boru kəmərlərinin tikintisini dəyəri nəzərə alındıqda xərclərin ümumi smetası 50 mlrd avroya yaxınlaşacaq. Belə maliyyə şəraitində “Qazprom”un Avropa tərəfdaşlarının şişirdilmiş Putin-Miller smetasını maliyyələşdirmək həvəsi qalacaqmı? 

Və yekunda. Kremldə anlayırlarmı ki, Azərbaycan və Ermənistanı Cənubi Qafqazda toqquşmaya təhrik edilməsi Rusiyanın Şimalı Qafqazında hansı domino effekti yarada bilər? 

Nabucco West-in fiaskosu Mərkəzi və Şərqi Avropa ölkələrinin Rusiyadan asılılığın azalmasına yönəlik qaz nəqlinin diversifikasiyasına dair planlarını korrektə edəcək. Dolayısı ilə bu Ukraynanın da gözləntilərinə mənfi təsir edir, çünki Ukrayna sərhədləri yaxınlığında Avropa bazarlarına qaz axınının böyük rəqabətində maraqlıdır. Bu, mövcud boru kəmərlərinin zəmanətli istifadəsi ilə ahəngdə Ukrayna və Mərkəzi və Şərqi Avropa ölkələri üçün “qaz manevri” imkanlarını artırardı. 

ÜmumAvropa enerji siyasətinin uğuru ilə bağlı gözləntilər özünü doğrultmasa da, Mərkəzi və Şərqi Avropa, əsasən də Vışeqrad qrupu ölkələri regional konsolidasiyanın xeyrinə əlavə arqumentlər əldə etdilər, bunun əsasını isə Şimal-Cənub qaz dəhlizi layihəsi təşkil edir. Ukrayna isə Qərbi Ukraynadakı yeraltı qaz anbarları qrupunun Avropanın “qaz çevrəsi”nə daxil olmaq layihəsini reallaşdırmaq üçün əlavə impuls əldə edir. 

Digər istiqamət – Qara dəniz şelfində və qeyri-ənənəvi mənbələrdəki təbii qazla bağlı özünün hasilat layihələrinin inkişafıdır. Ukrayna və AI üçün bu vacibdir, çünki bu Xəzərdən münaqişəli Cənubi Qafqaz və Türkiyədən keçməli olan qaz kəmərlərindən fərqli olaraq yaxındadır. 

Fizzə