Yaponiya kosmosa danışan robot göndərib (VİDEO)

Yaponiya Beynəlxalq kosmik stansiyaya raket göndərib

Raketin göyərtəsində kosmik avadanlıqla yanaşı eləcə də danışan robot var. Həmin robot Yaponiya alimləri tərəfindən məxsusən kosmonavtlarla ünsiyyət üçün yaradılıb. Robota Kirobo adı verilib. Bu robot göstərişləri yerinə yetirir və əvvəlki söhbətlərin təhlili əsasında ona verilən suallara yeni cavablar tərtibləyə bilir. Alimlərin sözlərinə görə, bu robotun yaradılmasında məqsəd süni robot intellektinin əvvəl eşitdiyi söhbətlər əsasında nə dərəcədə inkişaf edə biləcəyinin hüdudlarını öyrənməkdən ibarətdir.