Onun filmlərinə qadağa sərt reaksiyalar doğurdu
“Əliyev 5-ci müddətə seçkiyə qatılanda bütünlükdə kinonu, 10-cü dəfə televiziyanı qadağan edər”
Kinorejissor Rüstəm İbrahimbəyovun çəkdiyi filmlərin Azərbaycan telekanallarında nümayiş olunmasına qadağa qoyulub. Bu barədə yayılan xəbərlərdə deyilir ki, qadağan olunmuş əsərlər arasında “Ad günü”, “Səhranın bəyaz günəşi”, “Bir cənub şəhərində”, “İstintaq”, “Park”, “Rektor” və digərləri var. Məlumata görə, bu qeyri-rəsmi qadağa Azərbaycan telekanallarına “yuxarılar”dan gəlib.
Rusiyanın NSN portalı İbrahimbəyovun filmlərinə qoyulmuş qadağa və Azərbaycan iqtidarının bu anormal addımı ilə bağlı tanınmış sənət adamlarının münasibətini öyrənib.
Vitali Manski, sənədli filmlər rejissoru və prodüser:
– Bildiyimə görə, Əliyev üçüncü dəfə «demokratik» yolla prezident seçilmək istəyir. Fikrimcə, o, 5-ci müddətə seçkiyə qatılanda bir janr kimi bütünlükdə kinonu qadağan edəcək. 10-cü dəfə belə bir istəkdə bulunsa, televiziyanı. Heç kimə sirr deyil ki, hazırkı prezident seçkiqabağı əlindəki bütün imkanları işə salıb. Deyəsən, seçki kampanaiyası dönəmində onun adını təkcə telkanallardan yox, evdəki ütülərdən belə eşitmək mümkün olacaq.
İqor Şadxan, kinorejissor:
– Dəhşətdir! Axı, «Səhranın bəyaz günəşi» əsil vətəndaş filmidir. Bu film əhval-ruhiyyəni qaldırır, insanda ədalətin gec-tez bərpa olunacağına inam yardır. İnsanın formalaşmasına böyük təsir edir. Məgər Azərbaycanda yetkin, formalaşmış vətəndaş yetişməsində maraqlı deyillərmi?
Aleksey Leonov, sovet kosmonavtı:
– Səhranın bəyaz günəşi» Hollivudun çəkdiyi və bütün dünyaya səsə salmış «Möhtəşəm yeddilik»dən də böyük filmdir. Baxmayaraq ki, bu filmə çəkilən xərc Amerika filminə çəkilən xərcdən qat-qat az idi. Mən ancaq təəssüfümü bildirirəm ki, Azərbaycan hakmiyyəti belə bir addım atıb. Görünür, onların öz qaydaları var.
Leonov daha sonra “Səhranın bəyaz günəşi” haqda xatirələrini danışıb:
– Kosmosa uçmazdan əvvəl «Səhranın bəyaz günəşi»nə tamaşa etmək ənənəsi indi də var. Bu film SSRİ vaxtı senzuraya məruz qalmış filmlərdəndi. 1967-ci ildə «Yunost» mehmanxanasında ilk dəfə nümayiş olunandan sonra bəzi hissəslrinin kəsib götürmüşdülər. Amma mən filmin bütöv sürətini əldə etmişdim. Həmin film tam olaraq uçuşdan əvvəl kosmanavtlara nümayiş edilirdi. Sonralar Yuqoslaviya lideri Broz Tito SSRİ-də səfərdə olanda Brejnevlə birgə Zavidovoda istirahət edəndə, bunu xatırlayır və filmin əslini istəyir. Filmin əslinə baxandan sonra Brejnev onun tam şəkildə nümayişinə göstəriş vermişdi.


