Repressiya fırtınasında sovrulan Şahsuvarovlar

Cümhuriyyətin Maarif və Dini etiqad naziri

Azərbaycan tarixinə görkəmli şəxsiyyətlər bəxş etmiş soylardan biri də Şahsuvarovlardır. Bu soyun tarixi çox uzaq keçmişə gedib çıxır. Soyun ulu babası Şahsuvar bəydir. O, 1802-ci ildə Dərələyəz mahalının Paşalı kəndində anadan olmuşdur. 1825-ci ildə Abbas Mirzə Qovanlı-Qacar Mehdiqulu xan Cavanşiri Dərələyəz mahalına başçı təyin edərək, orda yaşayan obalardan bir neçəsini də onun sərəncamına vermişdi.

Həmin obalardan biri də Şahsuvar yüzbaşının idarə etdiyi Şahsuvarlı obası idi. 1827-ci ildəÿ Mehdiqulu xanÿ Rusiya ÿtərəfə keçəndə Şahsuvar bəyin obasını daÿ Qarabağaÿ gətirib, ÿQaraçorlu mahalının ÿHacısamlı nahiyəsininÿ Minkənd ərazisində yerləşdirdi. Beləliklə, Şahsuvar bəy həyat yoldaşı Pəri xanımla burada yaşamağa başladı.

Şahsuvar bəy 7 dəfə müqəddəsÿ Kərbəla ÿşəhərini ziyarət etmişdir. Sonuncu ziyarət zamanı o vəfat etmiş vəÿ Kərbəladaÿ dəfn olunmuş, Pəri xanım isə zəvvarlarla obaya qayıtmışdır. Bu soyla bağlı əsaslı tədqiqatlar aparan araşdırmaçı yazar Ənvər Çingizoğlu nəslin bir neçə görkəmli siması haqqında maraqlı məlumatlar üzə çıxarmışdır. Yazının hazırlanmasında da əsasən həmin məlumatlara istinad edilmişdir.

Bu nəslin görkəmli şəxsiyyətlərindən biri də Nurməmməd bəy Şahsuvarovdur. Nurməmməd bəy Adilxan bəy oğlu ÿŞahsuvarov 1883-cü ildəÿ Zəngəzur qəzasının ÿMinkəndÿ (Şahsuvarlı) kəndində anadan olmuşdu. O, Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasını bitirmiş (1903), bir müddət Gəncədə rus dili müəllimi işləmişdir. Sonralar Tiflis Aleksandr Müəllimlər Institutunu (1915)bitirən Nurməmməd bəy ekstern yolu ilə Kiyev Universitetinin hüquq fakültəsini (1915) başa vurmuşdur.

Rusiya Fevral Inqilabı dövründə N. Şahsuvarov siyasi hadisələrdə yaxından iştirak etmiş, 1918-ci ilin yayında Şimali Qafqaz xalqlarının azadlıq hərəkatının nəticəsində yaradılmış Dağlılar Respublikasının Xalq Maarif naziri təyin olunmuşdu.

Azərbaycanda cümhuriyyət qurulduqdan sonra, 1919-cu ilin iyununda Bakıya gələn N. Şahsuvarov Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədri Nəsib bəy Yusifbəylinin birinci hökumət kabinəsində Maarif nazirinin müavini vəzifəsində işləmişdir. Şahsuvarov “Ittihad” partiyasının üzvü idi. O,  Azərbaycanın şəhər və kəndlərində ana dilində məktəb və seminariyaların açılması, təhsil və mədəniyyət sahəsində bir sıra mütərəqqi tədbirlərin həyata keçirilməsində, Bakı Dövlət Universitetinin təşkilində yaxından iştirak etmişdir.

1920-ci il martın 5-də Nəsib bəy Yusifbəylinin ikinci hökumət kabinəsində (Cümhuriyyətin beşinci hökumət kabinəsi) Şahsuvarov Maarif və Dini etiqad naziri təyin olunmuşdur. Cümhuriyyətin süqutundan) sonra N. Şahsuvarov Azərbaycan SSR Xalq Maarif komissarının müavini olmuş, Bakıda orta və ali təhsil ocaqlarında dərs demişdi.

37-ci illərdən başlanan repressiya dalğası onun qapısından da yan keçməmişdir. Görkəmli ziyalı 1940-cı ildə saxta ittihamlarla həbs edilərək, Krasnodar diyarına sürgün edilmişdir. O, 1943-cü ildə sürgündən qayıdaraq, Azərbaycan Tibb Institutunda rus dili kafedrasının müdiri işləməyə başlamışdır.

N. Şahsuvarovÿ1958-ci ildə vəfat etmişdir. 

Cümhuriyyət tələbəsi Mürsəl bəy

Şahsuvarovların başqa bir məşhur nümayəndəsi Mürsəl bəydir.

Şahsuvarov Mürsəl bəy Adilxan bəy oğlu ÿ1900-cü ilin ÿiyun ÿayının ÿ19-daÿ Zəngəzur qəzasının ÿMinkənd ÿkəndində anadan olmuşdu. O, əvvəlcəÿGəncədə, sonra isəÿTiflisdə təhsil almışdır. Arxiv sənədlərindən məlum olur ki, Şahsuvarov Mürsəl Ədilxan oğluÿ 1913-cü ildəÿTiflisÿoğlan gimnaziyasına daxil olmuş və oranı 1918-ci il fevralın 18-də bitirmişdir.

M. Şahsuvarovunÿ1919-cu il noyabr ayının 23-də Azərbaycanÿ Respublikası Xalq Maarif  Nazirliyinə ünvanladığı ərizəsində deyilir: “Sizdən xahiş edirəm ki, məni Almaniyaya Tibb Institutuna daxil olmaq üçün hökumət hesabına ezam edəsiniz.”

Beləliklə, Mürsəl bəy Şahsuvarov ÿMünhen ÿUniversitetinin tibb fakültəsində oxuyub, oranı  uğurla başa vurmuşdur. Gənc azərbaycanlı həkim Hamburq ÿşəhərində ixtisasına görə işlə təmin edilmişdir.

Bir neçə il Tropik Xəstəliklər Institutunda çalışmış, burada dissertasiya müdafiə edərək, tibb elmləri doktoru adını almışdır. Azərbaycanlı alim ÿHamburqdaÿ tanış olduğu alman qızı Marqarita ilə  ailə qurmuşdur. Sonralar otuzuncu illərdə ər-arvad Bakıya qayıtmışlar. Bakıda elmlər doktoru olan Cumhiriyyət tələbəsinin evinə Amerika Birləşmiş Ştatlarından da qonaqlar gəlirdi. 

Amma 1937-ci ildən başlayaraq Şahsuvarovun mənzili bir daha qonaq üzü görmədi. Onu Sibirə, Maqadana on il müddətinə sürgün etdilər. 

Onun həyat yoldaşı da Mürsəl bəyin məsləhəti ilə öz bacısı oğlu ilə birlikdə Almaniyaya qayıtmalı olmuşdur.

Mürsəl bəyin alman həmkarı, professor Hans Fodelin ona etmiş olduğu bir tarixi xidməti qeyd etməmək olmaz.ÿ1937-ci ildə Mürsəl bəyin evində axtarış zamanıÿ Münhenÿ Universitetini bitirmək barədə diplomu yoxa çıxmışdı. M.Şahsuvarovÿ Almaniyaya ÿgöndərdiyi məktublarından birində keçmiş tələbə dostundan xahiş etmişdi ki, mümkünsə, ali məktəb diplomunun surətini çıxartdıraraq Bakıya göndərsin. Alman professor azərbaycanlı həmkarının xahişini yerinə yetirmişdi. Diplomun surəti əldə edildikdən sonra, tibb elmləri doktoru, professor Şahsuvarov Bakıdakı ÿFuad Əfəndiyev ÿadına 4 saylı Şəhər Klinik Xəstəxanasına işə qəbul edilmişdir.

M. Şahsuvarov 1991-ci il ÿmayÿ ayınınÿ 6-da vəfat etmişdir.

Sürgündə məhv edilən cümhuriyyət tələbəsi

Məşhur nəslin parlaq simalarından biri olan Surxay bəy Şahsuvarovÿda cümhuriyyət dövrünün tələbələrindəndir. 

Surxay bəy Əzim oğluÿ 1900-cü ildəÿ Zəngəzur qəzasınınÿ Şahsuvarlıÿ kəndində doğulmuşdur. 8 yaşında atasını itirən Surxay dayısı Rəsul bəyin himayəsində yaşamış və 1910-cu ildə iki illik məktəbi bitirmişdir. Bundan sonra o, Qori Müəllimlər Seminariyasını bitirib Gəncədə rus dili müəllimi işləyənÿ Nurməmməd bəy Şahsuvarovun yanına getmişdir. Ona atalıq qayğısı göstərən əmisi Surxayı əvvəlcə Gəncə Oğlan Gimnaziyasında oxutdurmuşdur. Istedadlı gənc  buranı bitirdikdən sonra 1913-cü ildə birinciÿ Tiflis ÿOğlan Gimnaziyasına qəbul edilmiş və ÿ1918-ci ildə təhsilini əla qiymətlərlə başa vurmuşdur. 

Daha yüksək təhsil almaq istəyən Surxay Şahsuvarov 1920-ci ildə Almaniyadakıÿ Frayberq Dağ Mədən Akademiyasıÿna qəbul imtahanlarından uğurla keçdi.ÿO, 1925-ci ildə isə akademiyanı da əla qiymətlərlə başa vurdu. Frayberq Akademiyasının azərbaycanlı məzunu yarım il Almaniyanın “Selə” neft mədənində mütəxəssis işlədi. 1925-ci ilin iyun ayında Bakıya qayıdan mütəxəssis “Azərneft” rəhbərliyinin sərəncamı ilə Bibiheybət Qazma kontoruna mühəndis təyin edildi. 1927-ci il oktyabrın 1-dən o, Nəriman Nərimanov adına Texnikumda dərs deməyə başladı.

Nərimanov texnikumunda işləməklə bərabər Şahsuvarov  Azərbaycan Sənaye Institutunun Ümumi Geologiya kafedrasında assistent vəzifəsində də çalışırdı. 1932-ci ilin iyun ayıda Surxay Şahsuvarovu Azərbaycan Neft Kəşfiyyatı idarəsinə işə dəvət etdilər. O, Azərbaycan Sənaye institutunda əvəzçilik yolu ilə pedaqoji işini də davam etdirir, Lökbatan neft mədənlərində baş geoloq vəzifəsində çalışırdı.

Yüksək ixtisaslı mütəxəssis “Xəzər dənizinin müxtəlif dövrlərdə su balansı” mövzusunda dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək, geologiya-minerologiya elmləri namizədi adını aldı. Cümhuriyyət tələbəsinin bu dissertasiyası Xəzər dənizinin səviyyəsinin artması problemi ilə məşğul olan alimlərin ilk elmi mütəxəssisdir. Amma Surxay Şahsuvarova doktorluq dissertasiyasını müdafiə etmək nəsib olmadı.  Onu “Almaniyanın mənafeyinə cəsusluq fəaliyyətinə görə” həbsə aldılar. 1942-ci il iyul ayının 19-da S. Şahsuvarovun 42 yaşı tamam oldu. Böyük vətənpərvər alim ömrünün 43-cü ilində dəmir barmaqlıq arxasına salındı, ailəsi də əzablara düçar oldu. Surxay bəyin ömür-gün yoldaşı,ÿ1938-ci ildə Azərbaycan Dövlət Tibb Institutunun müalicə-profilaktika fakültəsini bitirdikdən sonra Kirov Institutunda işləyən Qönçə xanım iki övladı-Tofiq və Adilə həm də atalıq da etdi.

Şahsuvarovun sürgün illəri Şimali Qazaxıstanda və Şimali Uralda keçdi. Dəhşətli soyuq və şaxtalı iqlim onun canına işlədi və S. Şahsuvarov bu şəraitdə vərəm xəstəliyinə tutuldu. Görkəmli geoloqu Bakıdakı Neftçilər Xəstəxanasında müalicəyə başladılar. Amma artıq gec idi. Saxta ittihamların qurbanı olan daha bir Azərbaycan ziyalısı Surxay Şahsuvarov 1945-ci ilin noyabr ayının 3-də dünyasını dəyişdi…

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir