
Moskvanın şərqində qurulmuş çadır şəhərciyində deportasiya gözləyən qaçaq immiqrantların sayı sürətlə artır.
ANS PRESS-in Vesti.ru-ya istinadən verdiyi məlumata görə, dünən gün ərzində şəhərciyə gətirilən miqrantların sayı beş dəfə artıb. Onların taleyinə yalnız məhkəmənin qərarından sonra aydınlıq gətiriləcək.
Medianın yaydığı məlumata görə, çevik polis qüvvələri hər gün bazarlarda şəhərin mərkəz küçələrində miqrantlara qarşı əməliyyat keçirirlər. Polisin apardığı “Təmizləmə” əməliyyatı zamanı bu günə qədər 5 min xarici vətəndaş Rusiya Federasiyası qanunlarını pozma maddəsi ilə saxlanılıb.
Qeyd edək ki, dünən axşam RF Ombudsmanı Vladimir Lukin, miqrantların saxlanıldığı şəhərciyə gələrək, onların xalanma şəraiti ilə tanış olub.







