Avqustun ortalarında İsrail hökuməti Fələstinli məhbusların ilk qrupunu azad edəcək. Fələstin İsrail danışıqları başlanandan sonra bu İsrailin atacağı ilk addım olacaq. İsrail hökuməti iyul ayının 28-də baş nazir Binyamin Netanyahunun 104 fələstinli məhbusun azad edilməsi haqqında qərarını dəstəkləyib. Fələstini İsraillə danışıqlarda təmsil edən Saib Oreykad avqustun 13-də 26 məhbusun azad ediləcəyini bildirib.
Fələstin-İsrail danışıqlarının ilk raunudu avqustun ortalarında İsraildə baş tutacaq. ABŞ-ın dövlət katibi Con Kerrinin təşəbbüsü üzrə son 3 ildə Fələstinlə İsrail arasında iyulun 29-da dialoq başlayıb.
Qarşıdan gələn danışıqlarda Fələstinin sərhədləri, Yerusəlimin statusu, Fələstin qaçıqınlarının taleyi və mübahisəli ərazilərdə yəhudi tikililəri haqqında məsələlərin müzakirəsi gözlənilir.


