Fatih Terimin hərəkəti azarkeşləri heyran etdi (FOTO/ VİDEO)

“Emirates Cup”da “Qalatasaray”la “Porto” arasında keçirilən qarşılaşmada maraqlı hadisə baş verib. “Cimbom”un 1-0 heabla irəlidə olduğu qarşılaşmanın son dəqiqələrində “Qalatasaray”ın əfsanəvi baş məşqçisi Fatih Terim əvəzolunmazlığını burada da nümayiş etdirib. Belə ki, Fatih Terim ustaqlıqla arxadan zərbə ilə topu meydançaya qaytarıb.

Terimin bu hərəkəti londonlu futbolsevərlərin rəğbəti və alqışları ilə qarşılanıb (ans press).