Milli Şura Qurban Məmmədovun təkliflərini müsbət qiymətləndirir

Vidadi Mirkamal: «Milli Şura sosial siyəsətində bu təklifləri nəzərə almalıdır»

Zəfər Quliyev: « Bu təkliflər Milli Şuranın fəaliyyətində prioritet olmalıdır»

 

Hüquqşünas, Milli Şuranın üzvü, hazırda məhbus həyatı yaşayan Qurban Məmmədov həbsxanadan Milli Şuraya geniş müraciət ünvanladı. “Azadlıq” olaraq həmin müraciəti tam mətndə dərc etdik. Qurban Məmmədovun müraciətində Milli Şuraya bir çox təkliflər ünvanlanıb. Qurban Məmmədov hesab edir ki, Milli Şura hakimiyyəti formalaşdırdıqdan sonra bütün tikililər və əhalinin torpaq sahələri dövlət reyestri xidmətində qeydə alınmalıdır, tələbələrə təhsil kreditləri verilməli və  təhsil  xərcləri ödənilməlidir.

Əri ölmüş qadınlara, azyaşlı uşaqlarının hər birinə minimum istehlak səbətinə uyğun olaraq müavinət verilməli, Azərbaycanın bütün beynəlxalq müqavilələri qüvvədə qalmalı,ÿgənc ailələr nikaha girdikləri andan mənzillərlə təmin edilməli, hər bir məhbusun yararlana biləcəyi aministiya verilməli,ÿ60 yaşlı tək kişilər, 50 yaşlı tək qadınlar qaz, su, işıq və s. kommunal xidmətləri ödəməkdən azad edilməli, 5 uşaqlı ailələr tam, 3 uşaqlı ailələr isə 50 faiz işıq, qaz, su və s. kommunal xərcləri ödəməkdən azad edilməli,ÿhəkimlərin, müəllimlərin maaşları prezidentin əmək haqqının 20-30 faiz miqdarında olmalı, bütün dinlərin azad və açıq təbliği üçün şərait yaradılmalıdır. 

Milli Şura üzvləri Qurban Məmmədovun təkliflərinə münasibət bildirib.

Milli Şura üzvü Vidadi Mirkamal hesab edir ki, Qurban Məmmədovun təklifləri mühüm və xalqa doğru yönəlmiş təkliflərdi: Ölkədə yaşayış minimunun yüksəldilməsi, insanların həyat şəraitinin yaxşılaşdırlması ilə bağlı verilən bütün təklifləri Milli Şura olaraq dəstəkləyirik. 20 illik ağır dövrdə az təminatlı ailələr, xalqın böyük əksəriyyəti hakimiyyətdən çox zərbələr alıb. Milli Şuranın sosial siyasəti xalqın problemlərinin həlli istiqamətində qurulmalıdır. Düşünürəm ki, Qurban Məmmədovun təklifləri də bu istiqamətdə düzgün düşünülüb və Milli Şura sosial siyasətində bunları nəzərə almalıdır”.

Milli Şura üzvü Zəfər Quliyev bildirdi ki, Milli Şurada sosial və iqtisadi məsələlər üzrə komitələr var. Düşünürəm ki, bu komitələr Qurban Məmmədovun təkliflərini hazırlayacaqları təkliflər paketinə əlavə etməlidilər. Bu təkliflər çox önəmli istiqamətlərdi. Milli Şura həm seçki öncəsi, həm də qalib gələcəyi təqdirdə seçkidən sonra bu məsələləri aktual etməlidir. Çünki, ölkədə illərlə yığılıb qalmış sosial problemlər var ki, vətəndaşlar üçün böyük çətinliklər yaradır. Hesab edirəm ki, sosial problemlərin həlli Milli Şuranın fəaliyyətində prioritet olmalıdır və az müddətdə xeyli müsbət nəticələr əldə edilməlidir”

Ilham