İqilab gənc “mən”lərin ruh yüksəkliyi ilə baş verir. Inqilab zorakılıq deyil. Inqilab köklü dəyişiklikdir. Hakimiyyətin daimi olaraq bir nəfərin və ya bir qrupun əlində saxlaması üçün hər zaman yararlandığı alçaq idarəçilik qaydalarının ləğv olunması, vətəndaşların rəyi ilə strukturlaşdırılmış demokratik idarəçiliyin gerçəkləşməsidir.
Bu gün Azərbaycan gəncliyinin fəal kəsimi demokratik idarəçilik tərəfdarları və onun uğrunda savaşanlardır. Indiki gənclik hərəkatı (partiya gənclər komitələri, ictimai yönümlü gənclər qurumları, bloggerlər və başqalarının fərq qoymadan birlikdə çağdaş Azərbaycanın gənclik hərəkatını təşkil etdiyini qəbul etməliyik) bu hərəkat rahat günlərdə deyil, demokratik, insani dəyərlərin millətimizə qazandırılması uğrunda mübarizlərin hakimiyyətin repressiyaları ilə üz-üzə olduğu zamanda formalaşıb. Əminik ki, gənclik hərəkatının fəaliyyətində növbəti mərhələ həmyaşıdlarımızın sıralara qatılması ilə təmərküzləşmə və qələbə mərhələsi olacaq. Bu mərhələdə qələbəni şərtləndirən birliyimiz, genişlənməyimizə təkan verən mühüm bir amil var. Bu, bizi birləşdirən Milli Şuradır. Bu gün gənclik hərəkatının və Milli Şura üzvü Ilkin Rüstəmzadənin doğum günüdür. Azərbaycanın çağdaş gənclik hərəkatında bir çoxlarınızın xidmətləri var. Ilkin Rüstəmzadənin az vaxtda mühüm xidmətləri var. Əsgər ölümləri ilə bağlı iki ən böyük aksiyada onun misilsiz rolu var. “Avrovizion” ərəfəsində keçirdiyimiz 17 mart aksiyasından sonra daha böyük və effektiv iki aksiya, 12 yanvar və 10 mart aksiyaları gənclik hərakatının formalaşasında misilsiz rol oynayıb. Hakimiyyətin repressiyalarına baxmayaraq. Bu iki aksiyanın kütləvi və dinc, zorakı olmayan qaydada baş tutmasında Ilkin Rüstəmzadənin böyük əməyi olub. Həbsdə 21 yaşını qeyd etməsi heç də yalançı və böhtançı hakimiyyətin ona qarşı qoyduğu “xuliqanlıq”, “Harlem shake”lə bağlı deyil, məhz bu aksiyalarla bağlıdır. Ilkin Rüstəmzadə xuliqan deyil, həmyaşıdlarımızın hərbidə qətlə yetirilməsinə etiraz edən aksionerdir. Belə demək mümkündürsə, aksiyaların donorudur. O aksiyalar yenidən başlayacaq və Azərbaycan xalqının Əliyevlərin həbsindən azad olması ilə yekunlaşacaq. Bu həm də Ilkinin arzularının gerçəkləşməsi olacaq. Icazənizlə, hər birinizin, gənclik hərəkatı adından, AXCP Gənclər Komitəsi adından mütərəqqi deyərlər, Azərbaycan insanın xoşbəxtliyini istədiyinə, nəcib istəklərinə görə pis hakimiyyət tərəfindən şərlənərək həbs olunmuş və Ilkin Rüstəmzadəni doğum günü münasibətilə təbrik edirəm!
Əbülfəz Qurbanlı, AXCP Gənclər Komitəsinin sədri, Milli Şura üzvü.


