Çayçılığın inkişafına mühüm töhfələr verən alim

Üsyankar professorun azərbaycanlı tələbəsi

Azərbaycan elminin inkişafında mühüm xidmətləri olan alimlərimiz sırasında bioloqlarımız da önəmli yer tutur. Ölkəmizdə biologiya elminə gözəl töhfələr verən görkəmli bioloqlarımızdan biri də professor Mirzəağa Əlizadə olub. Alimin elmi fəaliyyətində çayçılığın inkişafı ilə əlaqədar önəmli araşdırmaları var. Onun çay kolunun fiziologiyası sahəsində tədqiqatlar xüsusi yer tutur. Alim çay kolu ilə əlaqədar apardığı tədqiqatlarının nəticələrini sistemləşdirərək öz doktorluq dissertasiyasını yazmışdır. O, elmi işini 1959-cu ildə Moskva şəhərində SSRI EA Fiziologiya Institutunda müvəffəqiyyətlə müdafiə edilmişdir.

Mirzəağa Hacıbala oğlu Əlizadəÿ1910-cu il mart ayının 15-də Bakınınÿ Əmircanÿ kəndində doğulmuşdur.ÿ1931-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Institutunu bitirən gənc 1936-1940-cı illərdəÿ Moskvaÿ şəhərində Gübrə və Aqrotorpaqşünaslıq Institutunda ÿaspiranturada oxumuşdur. Burada onun rəhbəri bitki fiziologiyasıÿ sahəsində görkəmli rus alimi professor Dmitri Anatolyeviç Sabin olmuşdur. Azərbaycanlı tələbə burada paxlalı bitkilər tərəfindən molekulyar azotun fiksasiyası prosesinə həsr olunmuş namizədlik dissertasiyasını müdafiə etmişdir. Dmitri Sabin o illərdə çox məşhur biri idi. O digər məşhur rus akademiki, Stalin repressiyası illərindəÿ Saratov ÿhəbsxana xəstəxanasında həlak olmuşÿ Nikolay Ivanoviç Vavilov ÿ(1887-1943) ilə birgə biologiya elmində ideoloji üsulları tətbiq etmiş akademik Trofim Lısenkonunÿ(1898-1976) elmi əleyhdarlarından idi. Bu elmi münaqişələr əsnasında alim 1951-ci ildə Gəlincik şəhərində intihar dərəcəsinə çatdırılmışdır. Gənc azərbaycanlı Mirzəağa Əlizadə də belə bir şəxsin tələbəsi idi və elmi fəaliyyətini SSRI-də hökm sürən belə gərgin şəraitdə aparmalı olmuşdu. Çox gərgin bir vəziyyət yaranmışdı və təbii, həmin illərin cəza tədbirləri hər an ona da toxuna bilərdi.

Daha sonralar Əlizadə öz sevimli elmi rəhbərini unutmamış, onu xoş xatirələrlə anmışdır. Əlizadə öz müəllimi professor Dmitri Sabinÿ haqqındakı xatirələrini “Müəllim və gənclərin dostu” adı altında qələmə almışdır. Həmin xatirələr toplusu 1981-ci ildə akademik Mirzəağa Əlizadənin ölümündən bir qədər sonra nəşr olunmuşdur.

Çayçılıqda ilk suvarma təcrübəsi

Ikinci Dünya müharibəsi illərində bir çox elm adamları kimi Mirzəağa Əlizadə də elmi fəaliyyətindən ayrılmaq məcburiyyətində qalmışdır. O, 1941-ci ilin iyun ayından 1943-cü ilin dekabrına kimi ordu sıralarında olmuş, Krım uğrunda gedən ağır döyüşlərdə iştirak etmişdir. Əlizadə 1944-cü ilin əvvəllərində kənd təsərrüfatı mütəxəssisi kimi ordudan tərxis olunmuşdur. O, cəbhədən qayıtdıqdan sonra dərhal elmi işlərinin başına qayıtmışdır. Alim ordudan döndükdən sonraÿAzərbaycan Elmi-Tədqiqat Pambıqçılıq Institutunaÿdirektor müavini təyin edilmişdir.ÿ O, 1948-ci ildən başlayaraq, bir çox elmi tədqiqat institutlarında laboratoriya rəhbəri,ÿ Lənkəran Bölgə-Təcrübə Stansiyasının direktoru,ÿ Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi Elm Idarəsininÿ rəisi kimi vəzifələrdə çalışmışdır.

M.Əlizadənin çayçılıq sahəsindəki araşdırmaları bu sahənin inkişafı üçün qiymətli nəticələr vermişdir. Alimin təklif etdiyi yeniliklər o dövr üçün məhsuldarlıq üçün mühüm uğur əldə etmək demək idi. Beləliklə, məşhur bioloq araşdırmalarını inkişaf etdirməklə, çoxillik tədqiqatlarının nəticəsi olaraq, çayçılıqÿtəcrübəsindəÿilkÿdəfə çay tarlalarının süni suvarılmasıÿüçün tədbirlər sistemini işləyib hazırlamışdır. Bu üsul yaşıl çay yarpağı məhsuldarlığının 2-2,5 dəfə artırılmasına imkan verirdi. Nəticədə, həmin üsul tədbir çay kollarının becərilməsi üçün tərtib olunmuş aqro göstəriciyəÿ daxilÿ edilmiş ÿvə Azərbaycanın çay becərilən ÿrayonlarında ÿgenişÿ tətbiq ÿedilmişdir. Bundan başqa, bitkilərdə genomun qeyri sabitliyi baxımından bu məsələnin çox böyük ÿnəzəri ÿəhəmiyyətiÿ var. Elə buna görə də, azərbaycanlı alimin elmi araşdırmaları nəticəsində gəldiyi qənaətlər bir çox dünya alimlərinin diqqətini cəlb etmişdir. Bu faktın əsasında hibridlərdə heterozisi təyin etmək üçün yeni və effektli metod təklif edilmişdir ki, bu da seleksiya prosesinin xeyli intensivləşməsinəÿ yardım ÿedir. M.Əlizadəÿelmi tədqiqatlarında genetik proseslər zamanı nuklein turşularının və xüsusilə, DNT quruluşunda baş verən dəyişikliklərin öyrənilməsi, bu prosesə stimuledici və ləngidici amillərin, həmçinin fiziki ÿvə ÿkimyəviÿ mutagenlərin təsiriÿ istiqamətlərində ÿdəÿ işlərÿ aparmışdır.ÿ Onun bu istiqamətdəki işləriÿ tələbələriÿ və ÿhəmkarları tərəfindən davam etdirilməkdədir.

Elmə fəda olunmuş bir ömür

M.Əlizadənin elmi dərəcələri və mükafatları dəyərli bir ömür yaşayan elm xadiminin keçdiyi layiqli yolun sonunda qazandığı parlaq nəticələrdir. 1959-cu ildə biologiya elmləri doktoru, 1962-ci ildə professor, ÿ1968-ci ildə AMEA-nın müxbir üzvü,ÿ 1980-ci ildə AMEA-nın həqiqi üzvü dərəcələrini almışdır. Alim fəaliyyəti dövründə SSRI-nin iki “Şərəf  Nişanı” ordeni ÿ(1946 və 1966) və müxtəlifÿ medalları ilə təltif edilmişdir. M.Əlizadə 1962-ci ildən ömrünün sonuna qədər Azərbaycan EA ÿGenetika və Seleksiya Institutunda Bitkilərin Fizioloji Genetikası Laboratoriyasına rəhbərlik etmişdir. Sözün həqiqi mənasında, Azərbaycan biologiya elminin inkişafında M.Əlizadənin əməyi çox böyükdür. Onun zəngin elmi irsi gələcək üçün misilsiz bir xəzinədir. Məşhur bioloq 200-dən artıqÿelmi məqalənin,ÿ monoqrafiyaÿ və dərsliklərin müəllifidir. Onun rəhbərliyi altında 15ÿ elmlər namizədiÿ və 4ÿ elmlər doktoru dissertasiyası müdafiə edilmişdir. Görkəmli alimin elmi nailiyyətləri indi də davamçıları tərəfindən uğurla davam etdirilir və elmimizin inkişafında yeni səhifələr açır.

Akademik M.A.Əlizadənin Azərbaycan neftÿ sənayesinin görkəmli nümayəndəsi Murtuza Muxtarovla ÿqohumluq əlaqələri olmuşdur. O, fəaliyyəti dövründə bir çox görkəmli alim və ictimai xadimlərlə, o cümlədən Vəli Axundov, Idris Axundzadə, Mirəli Axundov, Əbdürrəhman Güləhmədov, Validə Tutayuq və başqa nüfuzlu şəxslərlə dostluq münasibətləri saxlamışdır.

Mirzəağa Əlizadəÿ 1981-ci il may ayının 5-də Bakıda vəfat etmiş, Əmircanÿ kəndində dəfn olunmuşdur.

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir