Avqustun 2-də Azərbaycan müdafiə naziri Səfər Əbiyev ABŞ-a rəsmi səfərə üçün yola düşüb. Bu barədə AzadlıqRadiosuna Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayev məlumat verib. Onun sözlərinə görə, səfər avqustun 7-dək davam edəcək. Səfər çərçivəsində Azərbaycan müdafiə nazirinin bir sıra görüşləri planlaşdırılır.
Teymur Abdullayev bildirdi ki, görüşlərin vaxtı və detalları tam müəyyənləşdikdən sonra ətraflı məlumat veriləcək.


