Mərkəzi Seçki Komissiyası avqustun 2-də prezident seçkisinin gününü elan edib. Seçki oktyabrın 9-da keçiriləcək.
Seçki Məcəlləsinə görə, prezidentin konstitusiya ilə müəyyən olunmuş səlahiyyət müddəti başa çatdığı son ilin oktyabr ayının üçüncü həftəsinin çərşənbə günü seçki günü hesab olunur. Bu il Azərbaycanda prezident seçkisi oktyabrın 16-da keçirilməli idi. Oktyabrın 16-sı Qurban bayramına düşdüyündən seçki günü dəyişib.


