Polis AXCP-nin tədbirinə gecikdi

İyulun 31-i saat 20-də AXCP Sumqayıt şöbəsinin məclisi keçrilən zaman iclasın keçrildiyi əraziyə polis basqını olub. Bu barədə Avropa.info-ya AXCP Sumqayıt təşkilatının sədri İsa Qurbanov məlumat verib. ” AXCP Rəyasət Heyyətinin üzvü Nemət Əliyevin də qatıldığı toplantını dağıtmaq üçün Sumqayıt Polis İdarəsinin rəis müavini Azər Cahangirovun başçılığı ilə 50-yə yaxın polis əraziyə cəlb olunsa da məqsədlərinə çata bilmədilər. Çünki artıq bizim tədbir başa çatmışdı. Polis sadəcə ərazidə olan cəbhəçiləri ərazidən uzaqlaşdırmaqla məşğul oldu. Polisə bizim tədbirimiz haqqında məlumat verən şəxs vaxtı bir saat səhv salmışdı”.Polis AXCP-nin tədbirinə gecikdi