AXCP Gənclər Komitəsi Zaqatalada təşkilatlandı

AXCP Gənclər Komitəsi yerlərdə təşkilatlanma işini davam etdirir. Avqustun 1-də Komitənn sədri Əbülfəz Qurbanli ve AXCP sədrinin müşaviri Zərifə Məhəddinova Zaqatalada partiyaya üzvlük üçün müraciət etmiş gənclərlə görüşüb. Görüşdə gənclərlə ictimai-siyasi vəziyyət, gənclik hərakatının qarşıdakı vəzifələri müzakirə olunub. Sonda Təşkilat Komitəsinin yaradılması, təşkilatlanma və təbliğat işinin qurulmasi ilə bağlı qərarlar qəbul olunub.