Iltihablaşmanı önləmək üçün körpənin ayağına cihaz yerləşdirilib
“Nabran Village Holiday”de hovuzda çimərkən iki ayağını itirən və Almaniyada cərrahiyyə əməliyyatıÿolunan Imran Cəfərzadənin ayaqlarındakı sarğılar bu gün açılacaq. Imranın ailə üzvlərinin APA-ya verdiyi xəbərə görə, o, əməliyyatdan sonra artıq palataya köçürülüb: “Hər iki ayağında iltihablaşma dayansa, vəziyyəti normal sayıla bilər. Iltihablaşmanın qarşısını almaq üçün Imranın ayaqlarına xüsusi irinsoran cihaz yerləşdirilib. Ayağındakı sarğılar açılandan sonra həkimlər nəticəyə uyğun hərəkət edəcəklər”.
Iki yaşlı Imran Cəfərzadə iyulun 25-də Berlinin ən yaxşı klinikalarından biri olan “Charite”də əməliyyat olunması üçün Almaniyaya yol salınıb. Almaniyalı həkimlərin ilkin rəyinə görə, müalicənin birinci mərhələsi 28 gün davam edəcək, bu müddətdə 2-3 ilkin əməliyyat keçiriləcək. Ilk əməliyyat uğurla başa çatıb, növbəti əməliyyatın isə iyulun 31-də keçirilməsi nəzərdə tutulur.


