Günün ulduz falı (29.07.2013)

QOÇ

Yarımçıq qalmış işlərinizi tamamlayın. Gün şəxsi sferada gözlənilməz dəyişikliklərlə bağlıdır. Ilkin başlanğıcda baş verənlər sizi kədərləndirə bilər. Ancaq narahat olmayın, bu hisslər keçici olacaq.

BUĞA

Bu gün çox ciddi və vacib məsələlərin həllinə girişməyin. Yaxşı olar ki, əvvəl başladığınız işləri tamamlayasınız. Işgüzar danışıqlarda ehtiyatlı olun, sizi tələyə salmaq ehtimalı da istisna deyil.

ƏKIZLƏR

Işdə diqqətinizi toplaya bilməyəcəksiniz. Başınız ev və şəxsi qayğılara qarışıb. Bu səbəbdən, hətta gündəlik işinizin də öhdəsindən gəlmək asan olmayacaq. Kolleqa və müdriyyətlə aranızda problemlərin olacağı da istisna

XƏRÇƏNG 

Istənilən professional tapşırığın öhdəsindən gəlmək üçün əla gündür. Işgüzar danışıqlar yaxşı keçəcək. Ulduzlar romantik görüşlərin də pis keçməyəcəyini bildirir. Bir sözlə, işləriniz özü-özlüyündə qaydasına düşəcək.

ŞIR

Xırda problemlərin yaşanacağı gündür. Maliyyə çətinlikləri də qaçılmazdır. Əgər plansız alış-verişdən, bahalı əyləncədən uzaq dursanız, bu çətinliyi dəf edə bilərsiniz. Bu gün ciddi fiziki yük məsləhət görülmür.

QIZ

Vacib işləri görmək üzərində köklənin ki, onları başa çatdırasınız. Yaxşı olar ki, sınanmış vasitələrdən istifadə edəsiniz. Bu gün hər hansı ekperiment arzuedilməzdir.

TƏRƏZI

Riskə getməyin. Gün ciddi problemlər yaşadacaq. Istənilən maliyyə işi ehtiyatlı olmağı tələb edəcək. Bu sferada riskə getmək olmaz. Bu gün borca pul almayın və izdihamlı yerlərdə olmayın. Bürcün tənha nümayəndəlıri üçün bu gün yeni tanışlığa imza atmaq çətin olmayacaq.

ƏQRƏB

Bu gün çox kəskin danışığınızla düşmən qazana bilərsiniz. Xüsusilə də bu gün qadınlarla dil tapa bilməyəcəksiniz. Yaxşı olar ki, bu gün maliyyə məsələlərinin həlli ilə də məşğul olmayasınız.

OXATAN

Istənilən tənqidi baxışa kritik yanaşırsınız. Sizin üçün özgəsinin fikri sizinkindən daha üstündür. Yeni tanışlarınızın xoşuna gəlmək üçün can atacaqsınız. Günün ikinci yarısında səhhətiniz korlana bilər.

OĞLAQ

Asan gün olmayacaq. Ciddi problemlər baş verə bilər. Yaxşı olar ki, bu gün çətinliklərin öhdəsindən təkbaşına gələsiniz. Işgüzar danışıqlar üçün münasib gün deyil. 

DOLÇA

Səbirli olun. Gün baş gicəlləndirən uğurlar vəd etmir. Istədiyinzə nail olmazdan əvvəl bir müddət keçəcək. Boş söhbətlərdən uzaq olun. Yeni tanışlıq üçün də münasib gün deyil. Sevdiyiniz şəxsin sizin diqqətinizə ehtiyacı var.

BALIQLAR 

Günün birinci yarısında ehtiyatlı olun. Günün bu saatları gərgin keçəcək və bu vədədə asanlıqla səhv edə bilərsiniz. Böyük məbləğli alış-veriş məsləhət deyil.