1 milyon dollarlıq təklifi rədd edən meqastar bayramı anası ilə keçirməyə üstünlük verib
Aldığı rekord qonorarlarla Türkiyə səhnəsinin ən bahalı ulduzlarından olan meqastar Tarkan Ramazan bayramında Azərbaycana gəlməkdən imtina edib. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Tarkan Antalyadakı otellər və Azərbaycandan bayramın 1 və 2-ci günlərində səhnəyə çıxmaq təklifi alıb. Xarici ölkə və bayram qiyməti 500 min dollar olan Tarkan iki günlük proqram təkliflini rədd edərək 1 milyon dollardan imtina etmiş olub.
Müğənni tətil üçün anası ilə birgə İngiltərəyə gedəcək.


