İbrahimbəyov üçün xarici imicmeykerlər çalışacaq

Onlardan biri Amerikalı, digəri isə Rusiyalı mütəxəssisdir

Milli Şuranın vahid namizədi Rüstəm Ibrahimbəyovun seçki kampaniyasına xarici imicmeykerlər də cəlb olunacaq. Bu barədə məlumatı “Azadlıq”a etibarlı mənbə verib. Mənbənin sözlərinə görə, artıq bununla bağlı razılaşma əldə olunub. Rüstəm Ibrahimbəyovun imicmeykerlərøòindən biri ABŞ, digəri isə Rusiyadandır.
Mənbə bildirib ki, ABŞ-dan olan imicmeyker Gürcüstan prezidenti Mixail Saakaşvilinin seçki kampaniyasında iştirak edib. Rusiyalı imicmeykerə gəlincə, o, Rusiyanın sabiq prezidenti Boris Yeltsinin və Gürcüstanın baş naziri Bidzina Ivanişvilinin imicmeykeri olub.
Mənbə əlavə edib ki, adətən bu imicmeykerlərin lobbi şirkətləri ilə ciddi əlaqələri olur. Bu isə onlar üçün  namizədin müxtəlif siyasi dairələrlə görüşlərini, xarici mediaya çıxışları təşkil etməyi asanlaşdırır.