Endryu Qross ayaqları əlində gəzdi
Endryu Qross parkda gəzən şəhər əhalisinin qarşısına dəhşətli görüntüdə – kəsilmiş ayaqlarını əllərində tutmuş vəziyyətdə çıxıb. Gördüklərindən qorxuya düşən, hay-küy içində qışqırışan insanların təlaşlı görüntüsü videoya alınıb. Videoda hər şeydən xəbərsiz, parkda istirahət edən şəhər əhalisi qəfildən qarşılarına çıxan əcaib insanı görüncə qorxu işində qışqıraraq qaçır.
Onlar ayaq saxlayıb əcaib varlığa yaxından baxmağa belə ürək etmirlər. Yalnız bir neçə nəfər bir qədər soyuqqanlı halda bu mənzərəni izləyib fokusçuya gülümsəyib və onun əlini sıxıb.
Qeyd edək ki, Qross Amerikanın ən tanınmış illüzyonçularından biridir. Hər il o, 150 teatrda qeyri-adi şoular nümayiş etdirir. “Ayaqları kəsilmiş adam” isə onun ən maraqlı nömrələrindən biridir.