“Manqa” qrupu muğam oxuyacaq

Oktyabrda Bakıya gəlməyə hazırlaşan Türkiyənin tanınmış musiqi qruplarından “Manqa” muğam oxuyacaq. Axşam.az-ın məlumatına görə, bu haqda ATV telekanalında yayımlanan “Onlar” verilişinə açıqlamasında bir çox mahnıların sözlərini yazan Günel Sərdarqızı deyib.

O, təklifin qrupun solisti Fərman Akgül tərəfindən gəldiyini bildirib:

“Fərman muğamımızı çox sevdiyini və bu işin öhdəsindən gələcəyini söylədi. Onlar bizim müğənnilərdən biri ilə duet ifa edəcəklər. Layihə çərçivəsində klip də çəkiləcək. Bu, qrupun Bakıya səfəri zamanı baş tutacaq”.