UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Neftçi” səfərdə Albaniyanın “Skenderbeu” klubu ilə qarşılaşıb. Bir həftə əvvəl Bakıda rəqibilə 0:0 oynayan Azərbaycan çempionu rəqib qapıya ikinci oyunda da qol vura bilməyib.
Qarşılaşmanın əsas vaxtı yenə qolsuz bərabərliklə bitib. Lakin əlavə vaxtın 26-cı dəqiqəsində ev sahibləri “Neftçi”nin qapısına yol tapıb. Oyun 1:0 meydan sahiblərinin xeyrinə başa çatıb.
Bununla da “Neftçi”nin Avrokuboklarda bu mövsümlük çıxışı başa çatıb və komanda Çempionlar Liqasında yarışdan kənarlaşıb.
“Neftçi” Çempionlar Liqasında mübarizəni dayandırdı
•
•