
Gənclər Komitəsinin fəal üzvü Rahib Hacıyev iyulun 21-də yaşadığı binanın qarşısında saxlanılaraq Narkotiklərlə Mübarizə İdarəsinin Səbael rayon şöbəsinə aparılıb.
Rahib Hacıyevi 7 nəfər polis formasında, 5 nəfər mükü formada olan şəxslər yaşadığı blokun qarşısında tutub, yaşadığı mənzilə aparıblar. Uzun axtarışdan sonra guya evdən narkotik maddə tapılıb. Daha sonra Rahib Hacıyevə narkotik ittihamı ilə cinayət işi açılıb. Hal- hazırda ailəsi Rahib Hacıyev haqqında heç bir məlumat ala bilmir.
Xatrıladaq ki, Rahib Hacıyev siyasi fəaliyyətinə görə bir-neçə dəfə polisə çağırılaraq həbs olunmaqla hədlənmişdi.
Hakimiyyətin müxalif fikirli gənclərə qarşı repressiyası davam edir. Bundan əvvəl narkotiklə ittiham olunan gənc fəallar kimi Rahib Hacıyevində şərlənərək həbs olunması heç kimdə şübhə doğurmur.


