Günün ulduz falı (22.07.2013)

Qoç

Yaxşı gəlir əldə etmək, peşəkar mövqeləri möhkəmləndirmək imkanları var. Məsrəflərə hazır olun. Alış-verişdə xəsislik etməyin. Mühüm işə hazırlıqsız başlamayın. Anlaşılmazlığı tezliklə aradan qaldırın.

Buğa

Çox əlverişli gündür. Gəlirləriniz və maliyyə imkanlarınız artacaq. Aktual problemlərin həllini dərhal tapmaq olmur. Bu gün alacağınız işgüzar təklifdən imtina etməməyiniz məsləhətdir. Təklif diqqətə layiqdir.

Əkizlər

Işgüzar danışıqlarda ehtiyatlı olun. Əldə edilmiş razılıq və ya sövdələşmənin dəyərini olduğundan artıq saymayın. Səhv etmək riski böyükdür. Şəxsi həyatdakı durum sizi məmnun edəcək.

Xərçəng

Günün ortalarında narahatlıq yarada biləcək xəbər ala bilərsiniz. Işdə rəhbərliklə münaqişə və ya mübahisə istisna deyil. Rəhbərlik işinizdən narazıdır. Bütün neqativ emosiyaları işdə qoyun.

Şir

Tanış, şərik və ya dostunuz qəti qərar qəbul etməkdə astagəlliyə yol verə bilər. Narahat olmayın. Situasiya tezliklə həllini tapacaq. Dostlarla ünsiyyət xoş olacaq.

Qız

Uğurlu gündür. Işgüzar sahədə əhəmiyyətli irəliləyişə nail ola bilərsiniz. Gəlirlərin artması da istisna deyil. Faydalı tanışlıq olacaq. Karyera sahəsində irəliləməyə yardım edəcək şəxslə qarşılaşacaqsınız. Təxribatlara uymayın.

Tərəzi

Bu işləri sizin əvəzinizə kimsə görən deyil. Aktiv olun, qətiyyətli davranın. Xüsusi səy göstərmədən yaxşı nəticələr əldə edə bilərsiniz. Şəxsi münasibətlərdə müsbət dəyişikliklər ola bilər.

Əqrəb

Bu gün çox maraqlı hadisələr yaşanır. Ancaq olayların hamısı uğurlu deyil. Işlə bağlı maraqlı təklif ala bilərsiniz.

Şəxsi həyatınızla bağlı qərar qəbul edəndə tələsməyin. Normal istirahəti yarımçıq işə qurban verməyin.

Oxatan

Hadisələrin inkişaf etdiyi məcradan asılı olmayaraq, təmkinli olun, səbrli davranın. Bütün sədləri aşdığınızı düşünsəniz belə, rahatlanmayın. Qəfil hadisə ən önəmli və mühüm vaxtda planlarınızı alt-üst edə bilər. Romantik görüş üçün əlverişli vaxt deyil.

Oğlaq

Işlər çoxdur, aktiv çalışın. Səyləriniz əbəs olmayacaq. Gələcək qələbələrin təməli indi qoyulur. Uğurlarınızla fəxr edə bilərsiniz. Şəxsi həyatınızda müsbət dəyişikliklər çox olmayacaq.

Dolça

Məsləhətlərə qulan asın. Köhnə dostların dediklərini dinləyin. Istənilən, hətta ən çətin məsələnin həllinə yaradıcı yanaşın. Belədə əla nəticələrə nail ola bilərsiniz. Günün ikinci yarısı gərgin olacaq. Ailə problemlərini həll edin.

Balıqlar

Faydalı tanışlıqlara hazır olun. Işgüzar sahədə yeni gəlir mənbəyi tapacaq və ya nüfuzlu insanla tanış olacaqsınız. Qətiyyətli olun. Günün ikinci yarısında romantik tanışlıq, uzun müddət unuda bilməyəcəyiniz görüş istisna deyil.