Seçki yükü oliqarxların üzərinə qoyulub

Ramiz Mehdiyevə isə yalnız mətbuatı kurasiya etmək tapşırılıb

Qarşıdan gələn prezident seçkisi ilə bağlı hakimiyyətdə iş bölgüsü aparılıb. Bu barədə qəzetimizə məlumat hakimiyyət daxilindən sızıb. Məlumatda deyilir ki, mətbuatın kurasiyası Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə tapşırılıb. Ramiz Mehdiyev hakimiyyətin nəzarətində olan medianın seçki prosesindəki daha səmərəli fəaliyyətini təmin etməli, ideoloji işə nəzarət etməlidir.
Seçki ilə bağlı qalan işlərə – təbliğat kampaniyasına, inzibati resurslardan istifadəyə, büdcə təşkilatlarının seçki ilə bağlı fəaliyyəti və s. – nəzarət isə prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədova tapşırılıb.
Məlumatda həmçinin təbliğat kampaniyasının aparılması ilə bağlı oliqarxların da üzərinə öhdəlik qoyulub. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov, neft şirkətinin prezidenti Rövnəq Abdullayev, nəqliyyat naziri Ziya Məmmədov, əmlak komitəsinin sədri Kərəm Həsənov, gömrük komitəsinin sədri Kərəm Həsənov, daxili işlər naziri Ramil Usubov, kənd təsərrüfatı naziri Ismət Abbasov, mərkəzi bankı sədri Elman Rüstəmov təbliğat kampaniyasının uğurlu aparılması üçün əllərindən gələni etməlidir. Söhbət əlbəttə ki, ilk növbədə kampaniyanın maliyyə xərclərindən gedir. Adıçəkilən məmurlar xüsusilə nəzarətlərində olan rayonlarda ciddi iş aparılmalıdır. Onların işini isə qeyd etdiyimiz kimi Əli Əsədov koordinasiya edəcək.

Informasiya şöbəsi