Statistika Komitəsi Ilham Əliyevi təkzib edir?

Rəsmi statistikaya görə, son 10 ildə 1 milyon yox, 402 min 600 iş yeri açılıb

Dünən prezident Ilham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına dair iclas keçirib. Iclasda yenə də uğurlardan danışılıb, öyrəşdiyimiz rəqəmlər sadalanıb. Amma iclasla bağlı bütün xəbərlərə baxdım, bu dəfə yeni iş yerləri barədə rəqəmləri tapa bilmədim. Mənə çox maraqlı idi bu məsələ. Bu ayın əvvəlində yeni iş yerləri ilə bağlı Dövlət Statistika Komitəsinin göstəriciləri ilə Ilham Əliyevin və digər hakimiyyət təmsilçilərinin dedikləri arasında çox ciddi ziddiyyət olması barədə kiçik araşdırma ilə çıxış etmişdim. Həmin araşdırmada müəyyən edilir ki, Statistika Komitəsinin rəsmi rəqəmlərinə görə, son 10 ildə ölkəmizdə 402 min 600 iş yeri açılıb. Amma YAP-ın axırıncı qurultayında Ilham Əliyev son 10 ildə 1 milyondan çox iş yerinin açılmasını söyləmişdi (mənbə: http://www.president.az/articles/8404).

Statistika Komitəsi bu yazıdan sonra etirazla çıxış etmədi? Nə üçün? Deməyə sözlərimi yoxdur? Mən Komitənin hansı rəqəmlərinə istinad etdiyimi bir daha onlara və təbii ki, oxuculara xatırladıram. 

Dövlət Statistika Komitəsinin rəsmi saytında “Əmək bazarının əsas sosial-iqtisadi göstəriciləri” bölümündə “Iqtisadi fəal əhali (dinamika)” cədvəli verilib. Həmin cədvəldə 3 növ göstərici yerləşdirilib:

1) Iqtisadi fəal əhalinin sayı;

2)Iqtisadi fəal əhalinin ümumi sayından məşğul olanlar;

3) Işsizlər.

Buradakı 2-ci göstərici, yəni “Iqtisadi fəal əhalinin ümumi sayından məşğul olanlar” elə bütün ölkədə işləyənləri, həm də bütün iş yerlərinin sayını göstərir. Iqtisadçılar da bunu təsdiqləyir. Məsələn, tanınmış iqtisadçı Rövşən Ağayev deyir ki, bu göstərici tamamilə və birmənalı şəkildə ölkədəki iş yerlərinin sayını göstərir. Xoşbəxtlikdən cədvəldə 2003-dən 2011-ə qədər bütün illərə aid göstəricilər var, yəni burada işləyən əhalinin, yaxud da iş yerlərinin illər üzrə artımını da görə bilərik. Cədvəldəki rəqəmlər bunu göstərir (mənbə: http://www.stat.gov.az/ ource/labour/):

Bunlar rəsmi rəqəmlərdir və hər ilin qarşısında cəmi işləyən əhalinin ölkədəki sayı göstərilib. Gördüyünüz kimi işləyənlərin sayı hər il doğrudan da artıb. Gəlin bu cədvələ daha bir sütun artıraq və hər il növbəti ilə nisbətən işləyənlərin sayının nə qədər artdığını sadəcə çıxma əməli ilə tapaq və ora əlavə edək. Bu cədvəl yeni iş yerlərinin dinamikasını konkret rəqəmlərlə göstərəcək.    

Cədvəldəki cəmi artımı elə qısaca olaraq 2011-ci ildə cəmi işləyənlərin sayından 2003-cü ildə cəmi işləyənlərin sayını çıxaraq da almaq olar: 4375,2 -3972,6=402,6 min nəfər. Bu, Dövlət Statistika Komitəsinin rəqəmlərində görünən son 10 ildəki yeni iş yerləridir. Bəs bu göstərici elan olunan 1 milyon yeni iş yerindən niyə qat-qat azdır? Dövlət Statistika Komitəsi bu şişirtməni nə ilə izah edə bilər?