Avropadan seçki xəbərdarlığı

“European Voice”: “Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu beynəlxalq müşahidəçiləri izləyəcək”

 

“Avropa Birliyinin şərq qonşularının əvvəllər keçirdikləri seçkilər Avropa standartlarına cavab verməyib. Azərbaycan və Gürcüstanın sadə seçiciləri, həmçinin Avropa Birliyinin Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun seçkilərin monitorinqində ixtisaslaşmış qeyri-hökumət fəalları beynəlxalq müşahidəçiləri, xüsusən də müxtəlif parlament assambleyalarının komandalarını seçkilərin ədalətli qiymətləndirilməsi məqsədilə izləyəcəklər”. Avropa.info xəbər verir ki, bu məlumat “European Voice” qəzetinin sonuncu sayında yer alıb.
Qeyd edək ki, “European Voice” Avropa Birliyinin siyasətini və problemlərini obyektiv şəkildə təhlil edən həftəlik qəzetdir. Bu nəşr Avropa siyasətinin yönləndiriciləri arasında populyardır.
Qəzet yazır: “Əgər beynəlxalq müşahidəçilər üzərində belə bir nəzarətə imkan verilməsə, həmin parlament qurumları mötəbərliyini itirmiş sayılacaq və demokratik inkişafa dəstək prosesi zərbə alacaq. Bu hal Şərq Tərəfdaşlığı ölkələrində islahat prosesinin həlledici elementi olan azad və ədalətli seçkilər prinsipini sarsıdacaq.
Artıq bu qruplara etimadın zəiflədiyini göstərən əlamətlər də var. Avropa Parlamentinin Azərbaycana müşahidəçi göndərməkdən imtina etməsi ölkənin vətəndaş cəmiyyəti fəallarını məyus edib.
Azərbaycan və Gürcüstana göndəriləcək müşahidəçi heyətləri ən yüksək səviyyədə visdan və ədalət standartlarına uyğun gələn siyasətçilərdən formalaşmalıdır ki, öz gördükləri və etibarlı yerli müşahidəçilərin onlara verdiyi məlumatları cəsarətlə açıqlaya bilsinlər.
Ötən il Avropa Sabitlik Təşəbbüssünün “Kürü diplomatiyası” adlanan hesabatı ATƏT-in Azərbaycanda keçirilmiş ötən prezident seçkiləri ilə bağlı çatışmazlıqları lazımi şəkildə məruzə edə bilmədiyini ortaya qoydu. Əgər ATƏT-in nümayəndələri qarşıdakı payız seçkilərində də belə davransalar, bu, artıq faciə olacaq”.